KXCP Nazirlər Kabinetindən cavab gözləyir

05.02.2014 - 01:05

Partiyanın Rəsulzadə ilə bağlı məktubuna cavab
verilmir

Klassik Xalq Cəbhəsi
Partiyası (KXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
 İclasda
qərarların icra vəziyyəti qiymətləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda
duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul  edilib.

İclasda M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyi ilə əlaqədar
keçirilən tədbirlər müzakirə edilmişdir.
Milli
Şuran və bir çox təşkilatlar tərəfindən çoxsaylı tədbirlərin keçirilməsii,
alimlər və tədqiqatçılar tərəfindən M.Ə.Rəsulzadə və bütölükdə Azərbaycan Xalq
Cümhuriyəti tarixinin öyrənilməsi, xüsusiylə gənclərin bu mövzuya maraqlarının
günü-gündən artması müsbət qiymətləndirilmişdir. Bununla bərabər, yubileylə əlaqədar
dövlət başçısının sərancamına baxmayaraq, hakimiyyət orqanlarının, hakimiyyətin
nəzarətində olan medianın M.Ə.Rəsulzadəni
nfəaliyyət və yaradıcılığının layiqli şəkildə qiymətləndirilməməsi, KXCP-nin
Nazirlər Kabinetinə müraciətinə bu günə kimi cavab verilməməsi və həmin
müraciətdəki təkliflərin həyata keçirilməsi istiqamətində əməli addımların
atılmaması təəssüflə qeyd edil
ib.
   

İclasda, son günlər məhkəmə
adlanan orqanlarda baş verənlər, xüsusiylə Əli İnsanovu şüşələrlə bağlı yerdə
saxlamaqla məhkəmə prosesindən təcrid olunması, hətta danışmasın və vəkilləri
ilə əlaqə saxlamasına imkan verilməməsi ilə hakimiyyətin məhkəmə tarixinə
yazdığı analoqsuz səhifələr Azərbaycan dövlətinin adına utanc gətirən hadisə
kimi qiymətləndirili
b.  İsmayılı olayları və NİDA- çılarla bağlı məhkəmə proseslərinin məhkəmələrin dövlətin
müstəqil hakimiyyət qolu deyil, sadəcə icra hakimiyyətinin cəza aparatı
olduğunu bir daha göstərdiyi qeyd olun
ub.

Yığıncaqda, özünü yandıraraq həlak olmuş Qarabağ əlili Zaur Həsənova qarşı
edilən haqsızlıqlarla bağlı Fəvvarələr meydanında dinc etiraz aksiyası keçirən
müharibə veteranlarına
, gənclərə qarşı
edilən polis amansızlığı, məhkəmələrin qanuna zidd və ədalətsiz qərarları
pislənil
ib. Milli Şuranın həmin gün həbs olunanlara hüquqi yardım
göstərməsi və eyni zamanda yüksək məbləğli cərimələri vermək ümkanı omayanlara
dəstək üçün yardım marafonu keçirməsini müsbət qiymətləndirərək partiya
üzvlərinin və tərəfdarlarının həmin marafonda iştirak etmələri məqsədəuyğun
hesab edil
ib

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3896

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30