Sumqayıtda atışmada tutulan dindarların həbs müddəti uzadılıb
Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə altı nəfər məhkəmə qarşısına çıxarılıb. “İttiham tərəfi həbs müddətinin uzadılmasını təyin olunan balistik, kimyəvi və tibbi ekspertizaların cavablarının gəlməməsi və bəzi istintaq hərəkətlərinin keçirilməli olduğu ilə əsaslandırdı”, o bildirib.
Vəkilin sözlərinə görə, Bakı İstintaq təcridxanasında saxlanılan digər təqsirləndirilən şəxslərin məhkəməsinin yaxın üç gün ərzində keçiriləcəyi gözlənilir.
“Bu şəxslərin hamısı haqda dekabrın 15-də iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi və onlar hazırda Bakı istintaq Təcridxanasında saxlanılır.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, dekabrın 11-də Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə “Xəvarici” və “Sələfi” təriqətinin üzvləri arasında fikir ayrılığı zəminində münaqişə baş verib və on iki nəfər saxlanılıb. “Çay evi”nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib.
Saxlanılanlar Cinayət Məcəlləsinin “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” maddəsilə təqsirli bilinir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3900