Bakıda məmurun evindən 200 min dollar oğurlandı

05.02.2014 - 16:38

Bakı şəhərinin Nərimanov rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, A.Heydərov küçəsi 29/22 ünvanında Məmmədov Oqtay Məmməd oğluna məxsus evdən naməlum şəxs və ya şəxslər 200 min dollar pul və külli miqdarda qızıl oğurlayıblar. Şikayətçi bildirib ki, həyat yoldaşı Rahidə Məmmədova evdə olmadığı müddətdə, fevralın 4-ü saat 14-dən 19-dək olan vaxtda mənzilə basqın edilib.
Oqtay Məmmədov məmurdur. O, Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə sosial müdafiə mərkəzində direktor işləyir. 
Hadisə ilə bağlı araşdırmalar aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=3902

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930