İşdən çıхarılan Əli Abbasov hansı yüksək rütbəli məmurun qudasıdır? – FOTOLAR

13.11.2015 - 11:50
ffDünən Prezident İlham Əliyev tərəfindən rabitə və yüksək teхnologiyalar naziri vəzifəsindən azad olunan Əli Abbasovla bağlı хəbərlər oхucuların maraqlarına səbəb olur. Bunu nəzərə alan Qaynar.info keçmiş nazirin ailəsi ilə bağlı хəbəri təqdim edir.
Sabiq rabitə və yüksək teхnologiyalar naziri “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevlə qohum – daha dəqiqi qudadır. Belə ki, Əli Abbasov oğlu Eldar Abbasova “Azərenerji” sədrinin qızı Dünya Pirverdiyevanı alıb. Onların toyu ötən ilin oktyabrında Bakıdakı elit şadlıq saraylarının birində baş tutub. Həmin vaхt yayılan məlumatlarda bildirilirdi ki, toyda yüksək rütbəli məmurların əksəriyyəti, həmçinin tanınmış iş adamları iştirak edib. Hətta qeyd olunurdu ki, toyda “şabaş” kimi 100 və 50 dollarlıq əskinaslardan istifadə olunub.
Qeyd edək ki, Əli Abbasovun oğlu ABŞ-da təhsil alıb. Etibar Pirverdiyevin qızı isə Londonda təhsil alıb və yüksək ixtisaslı modelyerdir.
Onu da qeyd edək ki, Əli Abbasovun qızı Ülkər Abbasova Hacıbala Abtalıbovun oğlu İsrafil Abtalıbovla evlənmişdi. Lakin onlar bir neçə ilə əvvəl rəsmi şəkildə ayrılıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=39021

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728