Cəbhədə tutulan erməni qadın Azərbaycan macəralarından danışdı – VİDEO
Noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini olan erməni qadın Azərbaycandakı məcaralarından danışıb.
Cümhuriyyət.az ANS-ə istinadən xəbər verir ki, Koti kəndinin sakini olan 76 yaşlı Lusik Abovyan İcevan şəhər xəstəxanasına yerləşdirilib.
Yaşlı qadın Azərbaycanda ona hər bir şərait yaradıldığını, hər şeylə təmin edildiyini deyib. Lakin o yemək yeməkdən imtina edib. Qadın sağlamlığı ilə də bağlı heç bir problem yaşanmadığını qeyd edib.
Qeyd edək ki, Lusik Abovyan noyabrın 8-də dumanda azaraq Azərbaycan tərəfə keçdiyini deyib: “Bəxtim gətirdi ki, heç kim atəş açmadı”.
Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini olan erməni qadın dünən geri qaytarılıb. Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının keçirilməsinə yardımçı olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=39051