Bakıdakı 4 özəl klinikaya ciddi xəbərdarlıq edilib
“Laçın” klinikasından başqa daha 3 kilinikada da yoxlamalar aparılıb və nöqsanlar aşkar edilib”
Onun sözlərinə görə, Nazirlik tərəfindən özəl tibb müəssilərində yoxlamalar aparılıb. A. Qədirli qeyd edib ki, fəaliyyətində nöqsanlar aşkar edilən özəl klinikalara qüsurların aradan qaldırılması üçün ciddi xəbərdarlıq edilib: “Səhiyyə Nazirliyi tərəfindən 4 klinikada yoxlamalar aparılıb və həmin klinikaların qüsurları təsdiq olunub. Qüsurlar aşkar edilən klinikalara ciddi xəbərdarlıq edilib. Xəbərdarlıqda klinikalara həmin qüsurları qısa bir vaxt ərzində aradan qaldırılması öz əksini tapıb”.
A.Qədirli “Laçın” klinikasında da yoxlamalar aparıldığını və ciddi qüsurların aşkar edildiyini bildirib: “Nazirlik tərəfindən “Laçın” klinikasında aparılan yoxlamalar zamanı qüsurlar ortaya çıxıb və klinikaya ciddi xəbərdarlıq edilib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3909