Hakimiyyətin mer seçkisi təlaşı

05.02.2014 - 17:36

“Mer seçkilərinin keçirilməsi hakimiyyətin idarəetmə fəlsəfəsinə zidd olduğundan ona qarşı müqavimət göstərir”

Avropa Şurasının Azərbaycan hakimiyyətinə tövsiyələrindən biri də böyük şəhər bələdiyyələrinin yaradılmasıdır. Ekspertlər hesab edirlər ki, Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması üçün mümkün şərait var. Lakin indiyədək bu məsələ reallaşmamış qalır. Bunun səbəbləri barədə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev Modern.az saytına danışıb. Onun sözlərinə görə, böyük şəhər bələdiyyələrinin yaradılması üçün vaxt lazımdır: “Sözügedən qurumların yaradılması üçün ilk növbədə bələdiyyələr təkmilləşib formalaşmaqla bərabər onların maliyyə ehtiyatları da artmalıdır”. Komitə üzvü qeyd edib ki, böyük şəhər bələdiyyələri yaradılsa belə, onların işləmə mexanizmləri olduqca çətin prosesdir və indiki şəraitdə bunu həyata keçirmək problemlər yarada bilər. Millət vəkili onu da bildirib ki, yerli bələdiyyələr özlərini doğrultmadan böyük şəhər bələdiyyələrinin yaradılması düzgün addım olmaz: “Azərbaycandakı bələdiyyələr tam qüvvə yığmalıdırlar. Ondan sonra böyük şəhər bələdiyyələri yaratmaq məsələsini gündəmə gətirmək olar. Zənnimcə, indiki şəraitdə böyük şəhər bələdiyyələrinin yaradılması tezdir. Təkmilləşmə getmədən və əsaslı islahat aparmadan belə işlərə getmək xaos yaradar, bələdiyyələrin fəaliyyətinə ciddi ziyan vura bilər”.
Mövzu ilə bağlı İqtisadi Təhlil İnstitunun rəhbəri Məhəmməd Talıblının fikirlərini öyrəndik. M.Talıblı bildirdi ki, Azərbaycanda şəhər bələdiyyələrinin təşkili və mer seçkilərinin keçirilməsinin beynəlxalq təşkilatlar tərəfindən tövsiyyə edilməsi səbəbsiz deyil. Azərbaycanın da bu dəyişikliyə gedəcəyi təqdirdə şəhər rəhbərlərini də seçicilərin seçəcəyini deyən M.Talıblı vurğuladı ki, şəhərlərin rəhbərlərini təyinatlı deyil, seçkili orqanlara çevirmək daha səmərəlidir: “Təcrübə göstərir ki, əhalinin seçdikləri merlər vətəndaş qarşısında daha çox məsuliyyətli olur və verdiyi vədlərin yerinə yetirilməsinə çalışır. Azərbaycanın da beynəlxalq institutlar qarşısında götürdüyü öhdəliklərdən biri də ölkədə mer seçkilərinin keçirilməsidir. Əslində mer seçkilərinin keçirilməsi hazırkı hakimiyyətin idarəetmə fəlsəfəsinə zidd olduğundan ona qarşı müqavimət göstərir. Bütün demokratik ölkələrdə mer seçkilərinin keçirilməsi, vətəndaşların meriya qarşısında tələblərinin qoyulması normal haldır”.
M.Talıblının fikrincə, Azərbaycanda mer seçkilərinin keçirilməsi ölkədə bələdiyyə institutlarının da güclənməsinə gətirib çıxara bilər. Ekspertin sözlərinə görə, əslində bələdiyyə institutlarının zəif, bir çox hallarda gəlir mənbələrindən məhrum olması onunla nəticələnib ki, ölkədə mer seçkilərinin keçirilmədiyi təyinatlı orqanlar fəaliyyət göstərir: “Mer seçkilərinin keçirilməsi başqa bir müsbət məqamı ondan ibarətdir ki, şəhər əhalisi əvvəlcədən bilir ki, növbəti seçkiyə qədər yaşadığı şəhərdə hansı arxitektur dəyişikliklər gözlənilir. Vətəndaşlar tərəfindən seçilməyən, bir çox hallarda şəhərin tarixi və arxitekturası ilə tanış olmayan şəxsin şəhəri idarəetməsi daha çox problem yaradır. Şəhəri seçicilər qarşısında məsuliyyəti olan bir şəxs idarə etməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3911

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031