Bakı metrosunda dava: sərnişin polisi döydü

13.11.2015 - 16:11

metroBakı Metropoliteninin “28 May” stansiyasında sərxoş sərnişinlə polis əməkdaşı arasında insident baş verib.

“Report” xəbər verir ki, Bakı sakini 1982-ci il təvəllüdlü İnqilab Bədəlov sərxoş halda metroda gediş qaydalarını pozub və xidmətdə olan polis serjantı 1984-cü il təvəllüdlü Elçin Xalıqovun qanuni tələblərinə məhəl qoymayıb.

Sərxoş sərnişin polis əməkdaşını nalayiq söyüşlərlə təhqir edib. Bundan sonra, İ.Bədəlov E.Xalıqovun sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=39134

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728