Prezidentdən “Azəriqaz” və “Azərenerji”yə son xəbərdarlıq

05.02.2014 - 19:09

Son günlər ölkə ərazisində şaxtalı havanın müşahidə olunması rayonlarda qaz və işığa tələbatı daha da artırıb. Dünən təxminən saat 17:00 radələrində Siyəzənin 4, Xızının isə 5 kəndində qaz verilişi tamamilə dayandırılıb.
Hər iki rayonun sakinləri şaxtalı gündə soyuqda qaldıqları üçün etirazlarını bildiriblər. Qaz kəsintisinin Sumqayıt-Yaşma xəttində olan texniki nasazlıq nəticəsində yarandığı bildirilir.
Amma bu, baş verən ilk hadisə deyil. Belə ki, ötən həftənin cümə günü – 31 yanvarda yağan qar ümumiyyətlə “Azəriqaz” və “Azərenerji” adlı dövlət qurumlarının qışa hazır olmadığını üzə çıxardı. Qar yağdıqdan bir neçə saat sonra yüklənmələr nəticəsində “Sumqayıtelektrikşəbəkə” əhatə dairəsində olan ərazilərdən işıqla bağlı etiraz səsləri gəldi. Ən böyük narazılıq isə ölkənin üçüncü böyük şəhəri olan Sumqayıtda yaşandı. Artıq bir neçə gündür bu şəhərdə elektrik enerjisinin tam bərpası hələ də həyata keçirilməyib. Analoji hadisə 31 yanvar-1 fevral tarixlərində Xırdalanda da baş verdi. Həmçinin Masazır, Güzdək, Sulutəpə kimi böyük qəsəbələr də elektrik enerjisindəki kəsilmələrdən əziyyət çəkdi.
Havaların kəskin soyumasına görə, mavi yanacağa olan tələbatın artması, “Azəriqaz”ın isə bu tələbi yerinə yetirə bilməməsi paytaxt Bakıda belə gərginlik yaratdı. Paytaxtətrafı qəsəbə və kəndlərdə qaz tamamilə kəsildi.
Qeyd edək ki, bu artıq ilk qış deyil Bakıda və ümumilikdə ölkədə enerji ilə bağlı problemlər yaşanır. Hər il qış fəsili daxil olduqda əlaqədar qurumlar hazır olduqlarını söyləsələr də, bir neçə santimetrlik qar yalanları üzə çıxarır.
Baş verən bu cür neqativ hallar barədə ölkə başçısına məruzə edilib. Məruzədə də qeyd edilib ki, artıq sözügedən sahələrdə problemlər hər il təkrarlanır. Prezidentin problemlərlə bağlı tapşırığı isə sərt olub. Bildirilib ki, narazılığın yarandığı sahələrə məsul rəhbər şəxslərə ilk və son xəbərdarlıq olunsun. 

Short URL: http://www.cumhuriyyet.net/?p=3916

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930