MTN işinə görə vurulacaq daha bir qrup
Ölkədə məlum Mtn əməlliyatı bir sıra şəxslərin həbsi və vəzifələrindən kənarlaşdırılması ilə nəticələndi.Bu əməliyyat demək olar ki,hələ yeni başlayıb.Məlumatlı mənbə cumhuriyyət.az-a bildirir ki,sabiq nazir Eldar Mahmudovun çevrəsinə daxil olan xeyli sayda məmurlar həbs oluna biləcək,yaxud tutduğu vəzifələriylə vidalaşmalı olacaqlar.Bu sırada bir sıra nazir və digər şəxlər də var.Mtn işi son günlər rayonlara keçib.Mənbə qeyd edir ki,Ağdam rayonunun hazırki icra başçısı Raqub Məmmədov vaxtı ilə Tərtər rayonunda Mtn-nin şöbə rəisi vəzifəsində çalışıb.Günlərin birində nazir Eldar Mahmudov şöbə rəisi işləyən Raqub Məmmədovu yanına çağırır və ona işdən azad olunduğunu deyir.Eldar Mahmudov qarşısında dayanmış Raqub Məmmədovun bu məsələdən bərk narahat olduğunu gördükdə,ona narahat olma Ağdama başçı gedirsən deyərək onu sevindirir.Raqub Məmmədovun Eldar Mahmudovla yaxın olduqları məsələsini Ağcabədi rayonu Ofşar kəndinin bir neçə sakini qeyd edir.Ağcabədi sakinləri bildirir ki,Raqub Məmmədovla Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədov çox yaxın dostdurlar.Şahin Məmmədovun qanunsuz əməlləri ilə bağlı bizlər milli təhlükəsizlik naziri Eldar Mahmudova yüzlərlə teleqram vurmuşuq.Həmişə də bu məsələlərin Şahin Məmmədovun xeyrinə həll olunduğunun şahidi olmuşuq.Bəli,bizlərin icra başçısı Şahin Məmmədov haqqında etdiklərimiz şikayətlərini Eldar Mahmudovun kadri,Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov alıb.Şahin Məmmədovun verdiyi külli miqdarda rüşvəti Eldar Mahmudova Ağdamın icra başçısı çatdırıb.Çünki onlar dostdurlar.Ağdamdakı mənbə cumhuriyyət.az-a bildirir ki,Raqub Məmmədov Ağdama icra başçısı təyin olunduqdan sonra rayonda açıqca talan başlayıb.Rayonun abadlığı üçün ayrılmış dövlət vəsaitləri başçı tərəfindən mənimsənilir.Rayonda aparılmış bütün təmir-tikinti işləri yerli sahibkarlar və idarə-müəssisə rəhbərləri,onların tabeçiliklərindəki işçilərdən zorla yığılmış vəsaitlər hesabına həyata keçirilib.Buna sübut Ağdam səhiyyəsinin son durumunu göstərmək olar.Maliyyə nazirliyinin son yoxlaması Ağdam səhiyyəsində külli miqdarda kəsirlərin və yeyinti hallarının olduğunu meydana çıxardı.Bütün bunlara görə icra başçısı Raqub Məmmədov günahkardır.Mənbə qeyd edir ki,Raqub Məmmədovun kiçik qardaşı Şahin Məmmədov Mingəçevir polisində əməliyyat müvəkkili vəzifəsində işləyirdi.Raqub Məmmədov hamisi Eldar Mahmudovun köməyi ilə qardaşı Şahini Yevlax rayon polis şöbəsinə rəis müavini təyin elətdirə bilib.Raqub Məmmədov kürəkəni Pərviz Hüseyn oğlu Bayramovu Şamaxı rayonunun Mtn şöbəsinə rəis təyin elətdirib.Son günlər onun özünü Eldar Mahmudovun adamı olmadığı kimi göstərmək istəməsi olduqca gülünc görünən bir işdir.Mənbə qeyd edir ki,Raqub Məmmədov Tərtərdə rəis işləyərkən xeyli qeyri-qanuni əməllərə imza atıb.Bununla bağlı yaxın günlərdə Tərtər rayonundan şikayətçilərin cumhuriyyət.az-a müraciət edəcəkləri də qeyd edilənlər sırasındadır.Mövzunu diqqətdə saxlayırıq.Araşdırmalarımız davam edir.Yazıda adları keçən bütün şəxslərin fikirlərini dinləyib dərc etməyə hazırıq.
Elçin İsmayıllı. Cumhuriyyət.az
Short URL: http://www.cumhuriyyet.net/?p=39164