Tural Məhərrəmov əslində kimdir? Yaxud hakimiyyətin Avropadakı cəsus şəbəkəsi
Milli Thlükəsizlik Nazirliyindəki “paqonlu quldur” dəstəsinin əməlləri haqda hər gün yeni məlumatlar yayılır. Bu dəfə isə bu şəbəkənin xaricdəki qolları haqda ilginc xəbərlər gəlir. Belə ki, ölk daxilində sahibkarları hədələyən dəstə Avropada da mühacir soydaşlarımızı şantaj edirmiş.
Belə ki, keçmiş polis zabiti Tural Məhərrəmovun əməlləri haqda məlumatlar yayılıb. Bu məlumatlara görə, Azərbaycan polis sistemində çalışarkən müxalif düşüncəli insanları və sahibkarları narkotika və başqaq ittihamlarla şərləməklə məşğul olan T.Məhərrəmov eyni zamanda dövləd sənədlərini saxtalaşdıraraq xaricdən gələn insanlara qeyri-qanuni kimlik təşkil edir və bu yolla pul qazanırmış Azərbaycanda olarkən polis rütbəsindən istifadə edərək onun vətəndaşların gizli yolla səsini yazaraq şantaj etdiyi də deyilir. Mənbənin məlumatına görə polis sistemində olsa da T.Məhərrəmov MTN-lə gizli əməkdaşlıq edirmiş Onun əməlləri aşkarlandıqdan sonra polisdən kənarlaşdırılır, ancaq Eldar Mahmudov kohne agentina sahib cixaraq onu xarice getməyinə komek edir. Hazırda Avropada yaşayan T.Məhərrəmov özü haqqında süni müxalifətçi obrazı yaradaraq guya hakimiyyətin təzyiqləri ilə üzləşdiyi haqda şayiələr yayır. Əslində isə bu şəxsin gerçək missiyası Avropada mühacir həyatı yaşayan soydaşlarımızı təqib etmək, onlar haqda Bakıya məlumatlar ötürmək və onlara maneçilik yaratmaqdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=39213