Fatih Terim Azərbaycana gəlir

16.11.2015 - 10:31

terimTürkiyə yığmasının baş məşqçisi Fatih Terim Azərbaycana gəlməyə hazırlaşır.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, tanınmış mütəxəssisin səfəri bu həftəyə nəzərdə tutulub.

Yoldaşlıq görüşü çərçivəsində Qətər üzərində (2:1) qələbə qazanan “ay-ulduzlular” sabah Yunanıstanı qəbul edəcək. Yerli KİV məhz həmin qarşılaşmadan sonra Terimin Azərbaycana səfər edəcəyini yazıb. Xəbərdə onun ölkəmizə bir açılış üçün təşrif buyuracağı da vurğulanıb.

Qeyd edək ki, Fatih Terimin rəhbərliyi altında Türkiyə yığması 2006-cı ildə Bakıya gəlmiş və millimizlə yoldaşlıq görüşü (1:1) keçirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=39252

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728