Bu günün ulduz falı

06.02.2014 - 00:49

QOÇ – Əgər maddi vəziyyətiniz imkan vermirsə, uzaq yola çıxmaq planınızı təxirə salın. Yoxsa səfər boyu gərginlik sizdən əl çəkməyəcək. Şəxsi büdcənizin qayğısına qalmağa çalışın.
BUДћA – Ağıllı addımlarınız ətrafda hər şeyin xeyrinizə dəyişəcəyinə təkan verməkdədir. Bu isə gün ərzində fəaliyyətlə bağlı uğurlarınızın start götürməsinə imkan yaradacaq.
ƏKİZLƏR – Daxili gərginliyiniz günorta saatlarından etibarən aradan qalxmağa başlayacaq. Bu isə nəzərdə tutduğunuz planların icrasını sürətləndirəcək. Amma sözünüzün ağası olmağı da bacarın.
XƏRÇƏNG – Astroloji göstəricilərə görə, qarşınızda anlaşılmaz bir gün dayanıb. Odur ki, bu tarixdə qeyri-ənənəvi işlərə aludə olmamalı, sabitliyinizi təmin etməlisiniz. Səhhətinizi qoruyun.
ŞİR – Nahara qədərki süstlüyünüzü nəzərə almasaq, qalan müddətdə işləriniz qaydasında gedəcək. İndi siz puldan daha çox münasibətləri tənzimləməyə səy göstərməlisiniz. Digər işlər düzələndir.
QIZ – Bu gün özünüzü olduqca ciddi aparmalısınız. Çünki istənilən xırda zarafat münaqişəyə səbəb ola bilər. İmkanlı adamlar vasitəsilə problemlərinizi aradan qaldırmağa çalışın.
TƏRƏZİ – Astroloji göstəricilər qismən gərgin gün yaşayacağınızı bəyan edir. Hər hansı mübahisəyə, riskli iş və sövdələşmələrə “yox” deməlisiniz. Günorta saatlarında xətakar insanlardan uzaq olun.
ƏQRƏB – Bəxtinizə təzadlı gün çıxıb. Belə ki, nahara qədər qarşılaşacağınız uğurlar sonrakı müddətdə tamamilə əks istiqamətə yönələ bilər. Odur ki, yalnız günün birinci yarısında aktiv olmalısınız.
OXATAN – Ümumi ovqatınız yüksək olduğundan xırda gərginliklər gözünüzə görünməyəcək. Amma mistik düşüncələrə də qapılmaq olmaz. Başınızın üstündə yalnız Tanrı qüdrətini hiss edin.
OДћLAQ – Qarşınızda duran vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışın. İndi nüfuzunuzu artırmaq üçün imkanlarınız genişdir. İşdən sonra yaxınlıqda yaşayan ünvanlara qonaq getmək olar.
SUTÖKƏN – Yaxşı olar ki, bütün vacib işlərinizi bu gün başa çatdırasınız. Ən azı ona görə ki, sonrakı günlərdə buna imkan tapmayacaqsınız. Özünüzü hər addımda bədxahlardan qorumağa çalışın.
BALIQLAR – Bürcünüzdə bərqərar olan mənfi yüklü Ay sizə ümumi gərginlik vəd edir. Bu isə hər addımda daha da ehtiyatlı davranmağınızı tələb edir. Yeni təkliflərə razılıq verməyin.
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3926

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031