Şəkər kəskin bahalaşdı
Dünya bazarında şəkərin qiyməti kəskin artıb. “Bloomberg” agentliyinin məlumatına əsasən, buna səbəb əsas şəkər çuğunduru istehsalçılarından sayılan Braziliyada quraqlığın yaranmasıdır.
Bu da son nəticədə şəkərin qiymətini son 3 il üçün ən yüksək həddə çatdırıb. Fevralın 4-də, ABŞ-ın Nyu-York əmtəə birjasında keçirilmiş hərracda xam şəkərin bir funtunun mart fyuçersinin qiyməti 2% artaraq 16,06 sentə çatıb.
Ümumilikdə isə, yanvar ayında qiymət 9% artıb.
Son 29 il ərzində ilk dəfə ötən ay Braziliyada hava olduqca isti və quraq olub. Hidrometeoroloqların proqnozlarına görə, quraqlıq fevral ayında da davam edəcək. Bu arada, digər iri şəkər istehsalçısı olan Hindistan şəkərin ixracını artırmamaq qərarına gəlib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3927