Hakimiyyətin Soçidə bayraq biabırçılığı
Ölkəmiz adından Soçiyə
göndərilən idmançılara bayrağımız tərsinə hazırlanmış formada paylanıb
Zaman-zaman Azərbaycan iqtidarının dövlət bayrağına sayğısızlığının
şahidi olmuşuq. Mitinqlərdə müxalifətçilərin əlindən alınaraq bayrağın
cırılması, təhqir olunmasına dəfələrlə rast gəlinib. Bu münasibət hətta ən yüksək
dövlət məqamlarında da özünü göstərib.
Məsələn bir müddət öncə prezident İlham Əliyevin Davosda İsrail
Dövlətinin Prezidenti Şimon Peres və bu ölkənin baş naziri Benyamin Netanyahu
və ilə görüşündə Azərbaycan bayrağının olmaması diqqət çəkib. Azərbaycanın
president.az saytına yerləşdirilən fotolarda İsrail rəsmilərinin başı üzrəində
İsrail bayrağı olduğu, İlham Əliyevin əyləşdiyi kreslonun arxasında isə
Bayrağımızın olmaması aydın görünür. Hətta Şimon Pereslə görüşdə danışıqlar
masasının üzrəində də təkcə İsrail bayrağı qoyulub.
Qeyd edək ki, diplomatik qaydalara görə, “qalstuksuz” görüşləri,
məsələn, MDB dövlət başçılarının Soçi görüşləri kimi qeyr-rəsmi formatlı
görüşləri çıxmaqla, dövləti təmsil edən şəxslərin bütün görüşlərində bayraq
asılmalıdır. Bayrağın asılmaması və ya tərsinə asılması diplomatik dildə
hörmətsizlik sayılır.
Eyni hal ötən ilin aprel ayında Prezidenti Administrasiyasının
rəhbəri Ramiz Mehdiyevin İrana səfəri zamanı da baş vermişdi. PA rəsmisinin
Tehranda İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad və İranın
Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Səid Cəlili ilə keçirilən
görüşündə Azərbaycan bayrağının asılmaması diqqətdən yayınmamşdı.
İranda, həmçinin Prezident İlham Əliyevin rəsmi səfəri zamanı
Azərbaycan bayrağının tərsinə asılması da müşahidə edilmişdi. Yada salaq ki,
ötən ilin yanvar ayında hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın
Mirzəzadə Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olarkən, parlament rəhbəri
ilə görüşdə Azərbaycan bayrağının asılmamasını əsas gətirərək ona göstərilən
yerdə oturmaqdan imtina etmiş və bunu görüş protokolları üçün bir qüsur
saymışdı.
İndi isə növbəti biabırçılıq Soçidə yaşanıb. Belə ki, Azərbaycan Soçi
Olimpiadasına bayraq biabırçılığı ilə başlayıb. Ölkəmiz adından Soçiyə
göndərilən idmançılara bayrağımız tərsinə hazırlanmış formada paylanıb. Onlar
da həmin bayraqlarla Olimipiya şəhərciyinin girişində foto çəkdiriblər və bu
foto facebook-da yayılıb. Xatırladaq ki, Azərbaycan Soçi Olimpiadasında 4
idmançı təmsil edir və onların hamısı əcnəbidir.
XXII Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri
Könül Nurullayeva “ans press ə açıqlamasında bu fakta münasibət bildirib:
“Bu hal tələsdiyimiz üçün baş verib və idmançılarımız tərəfindən də diqqət
edilməyib, yaxşı hal deyil. Başımız mərasimə qarışıq idi və volontyorlar da
bayrağı milə tərs keçirərək veriblər. Biz də bunu sonradan görmüşük. Bu yaxşı
hal deyil, buna görə də kefimiz pozulub, amma ki, bu, bilərəkdən olmayıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3929