“MTN-də saxlanmağım üçün heç bir bəhanə qalmadı”

06.02.2014 - 11:49

Pərviz Həşimli Bakı Istintaq Təcridxanasına köçürülməsi ilə bağlı Ombudsmana müraciət etdi

 
Vəkil Bəhruz Bayramov Milli Təhlükısizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Bu barədə Bizimyol.info saytına vəkilin özü məlumat verib. “Pərviz bildirdi ki, istintaq başa çatdığı üçün Bakı Istintaq Təcridxanasına köçürülməsi üçün heç bir səbəb və bəhanə qalmayıb. O, bununla bağlı Insan Haqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovaya da müraciət edib.
Bundan başqa Pərviz bildirir ki, ittihama əlavə olunmuş yeni maddəni müstəntiq ona bildirməyib, yalnız qərarı oxuyan zaman ona bu barədə aydın olub”, – deyə vəkil bildirib. O, əlavə edib ki, Pərviz Həşimliyə ailəsi ilə görüş verilməməsi, telefon danışıqlarına şərait yaradılmaması, qəzet verilməməsi problemləri də qalmaqdadır. 
Istintaqın yekunu olaraq Pərviz Həşimliyə qarşı Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə) maddəsi ilə də əlavə itiham irəli sürülüb. Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty International təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3932

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30