Vicdan məhbusunun anasından ürək parçalayan məktub

06.02.2014 - 11:54

Nurcahan Əbilova: “Məgər haqsızlıq və ədalətsizliyə qarşı çıxmaq cinayətdir?”

 
“Əbdül atasız, maddi çətinliklər içində böyüməyinə baxmayaraq, həmişə haqqın yanında olub…”
Narkotiklə şərlənərək həbs edilən “facebook” fəalı, bu sosial şəbəkədəki “Yaltaqlara dur deyək!” səhifəsinin admini Əbdül Əbilovun səhhəti pisləşib. O, hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılır. Əbdülün vəziyyətilə əlaqədar onun anası Nurcahan Əbilova Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət ünvanlayıb. Nurcahan xanım müraciətdə yazır:
“Oğlum Əbdülün barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. Oğlumun həbsinin əsas səbəbi “facebook” sosial şəbəkəsində aktivliyilə bağlıdır. 22 noyabr 2013-cü il tarixində evimizə zorakı şəkildə “soxulan” Daxili Işlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin “qoçuları” ilk olaraq “külli miqdarda” narkotik satmaqda ittiham olunan şəxsə məxsus noutbukun üstünə cumdular.
Bu fakt bir daha təsdiq edir ki, işğal olunmuş torpaqlarımızı yenicə “azad” etmiş bu “qoçuların” niyyəti oğluma məxsus noutbuku götürməkdir. Onun həbsinin əsas səbəbi də “facebook” sosial şəbəkəsində, admini olduğu “Yaltaqlara dur deyək!” səhifəsində Azərbaycanda baş verən qanunsuz hərəkətləri işıqlandırmasıdır.
Ədalət naminə bildirirəm ki, həqiqətən oğlum Əbdül qanunsuzluqlarla barışmaq istəməyib. Atasız, maddi çətinliklər içində böyüməyinə baxmayaraq, həmişə haqqın yanında olub. Ola bilər ki, açdığı “facebook” səhifəsində də bunları bildirib. Həmin qanunsuzluqları və ədalətsizlikləri Əbdül öz həyatında görüb. On il əvvəl Masallıda aldığımız evi məhkəmə vasitəsilə bizdən almaq istəyirlər. Nəticədə mənzilsiz qalaraq, kirayələrdə yaşamağa məcbur olmuşuq. 3-4 il əvvəl Əbdül borc-xərclə özünə 2000 manata köhnə bir “Jiquli” maşını aldı ki, onunla “taksovatlıq” eləsin, həyat yoldaşını və məni dolandırsın. Yasamal rayonu ərazisində qırmızı işıqda hərəkət edən bir sürücü tərəfindən vuruldu. Ölümdən qayıdan oğluma onu vuran sürücü heç bir kömək etmədi, etdiyi şikayətlər də nəticəsiz qaldı, günahkara heç bir cəza vermədilər. Məhz bu haqsızlıqlar, ciddi maddi çətinliklər ucbatından Əbdülün həyat yoldaşının dünyaya gətirdiyi iki uşağı saxlaya bilməmişik. Çünki gəlinimə zəruri olan müalicəni maddi çətinliklər ucbatından eləyə bilmədik. Belə olan vəziyyətdə, oğlumun “facebook” səhifəsində haqsızlığa, ədalətsizliyə qarşı fikirlər söyləməsi təəccüblü olmamalıdır. Məgər haqsızlığı və ədalətsizliyi tənqid etmək cinayətdir?
Bu dövrdə keçirdiyi iztirablar onun psixikasına ciddi təsir göstərib. Əvvəllər yalnız onun hesabına dolanan ailənin onun həbsindən sonra maddi çətinliklər içində yaşaması, əlbəttə ki, Əbdül üçün ciddi sarsıntıdır. Bu sarsıntılar və iztirablar onun yaddaşının pozulmasına səbəb olmuşdur. Oğlumla telefonla danışdığım zaman hiss edirəm ki, bu yaddaş pozğunluğu hələ də davam etməkdədir. Baxmayaraq ki, özü bunu mənə bildirmək istəmir. Dəfələrlə xəstəliyinə görə müalicə almasını ondan xahiş etsəm də, bunu etmir. Əlbəttə, bir ana kimi, Əbdülün bu vəziyyəti məni ciddi şəkildə narahat edir. Həbsxanada, yəni, qapalı şəraitdə bu xəstəliyin daha da ciddi fəsada gətirib çıxarmasından qorxuram. Hesab edirəm ki, oğlumun ciddi şəkildə müalicəyə ehtiyacı var.
Xahiş edirəm ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, oğlum Əbilov Əbdül Əbdülmanaf oğlunun müayinə və müalicəsini təmin edəsiniz”.
Onu da qeyd edək ki, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Əbdül Əliyevə qarşı ittihamın saxta olduğunu bəyan edərək, onu “vicdan məhbusu” adlandırıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3933

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031