“Hakimiyyət ciddiyə aldığı adamları ləkələyir”

06.02.2014 - 11:59

Hüquq müdafiəçisi ittihamlara cavab verdi

 
Məlum olduğu kimi, Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus bir neçə gün əvvəl AXCP-nin qərərgahında keçirdiyi tədbirdə 2014-cü ilin yanvar ayı üçün siyasi məhbusların siyahısını açıqlayıb. Tədbirin AXCP-nin qərargahında keçirilməsi təsadüfi deyildi. Buna səbəb tədbirin keçirilməsi üçün yer ayırmağa razı olan “Diplomat” oteli son anda bundan imtina etməsi oldu.
L.Yunusun açıqladığı 134 nəfərli siyasi məhbus siyahısı hakimiyyət nümayəndələrinin kəskin etirazına səbəb olub. Artıq rəsmilər, həmçinin hakimiyyət mətbuatı hüquq müdafiəçisinə qarşı kampaniyaya start verib. 
Milli Məclis üzvü Çingiz Qənizadə də Leyla Yunusu həfədə alanlar sırasındadır. Mətbuata verdiyi açıqlamasında millət vəkili Leyla Yunus tərəfindən Avropa Şurasına göndərdiyi siyasi məhbus siyahısı ilə razılaşmadığını deyib. Ç.Qənizadə siyahıda dələduzların sayının çox olduğunu və siyahınını şişirdildiyini bildirib. Millət vəkili hesab edir ki, Leyla Yunus Milli Şurada təmsil olunur, öz ofisində bu təşkilatın tədbirlərini keçirir, partiyalar kimi siyasi bəyanatlar verir və bu səbəbdən də ciddi qəbul oluna bilməz. 
Ç.Qənizadənin ittihamlarına cavab verən Leyla Yunus hakimiyyətin onu real təhlükə kimi gördüyünü qeyd etdi: “Əgər mənim böyük əhəmiyyətim yoxdursa, etdiklərimə fikir vermək çox böyük axmaqlıqdır. Əgər etdiklərim əhəmiyyətli deyilsə, niyə Bakıda, Strasburqda bu barədə yazırlar, danışırlar, müzakirə edirlər. Başqa məsələdir ki, əgər bir şəxsə hücum böyükdürsə, deməli o real təhlükə yaradır”.
Hüquq müdafiəçisi özünə qarşı aparılan kampaniyanı ötən əsrin 30-cu illərində həyata keçirilən repressiyalara bənzətdi: “Bu yaxınlarda 30-cı illərdə yazıçılara olan hücumlar barədə oxudum. Yazıda deyilirdi ki, 1929-cu ildə məqalələrinə görə yazıçılara qarşı təqibin miqyası müəlliflərin əhəmiyyətindən, miqyasından xəbər verirdi. Ciddiyə qəbul etdikləri adamları ləkələyirlər. Stalin vaxtlarında yazıçıların təqib edilməsi ilə bağlı deyilənlər indiki vəziyyətə də aiddir”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3934

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031