AKİF MURADVERDİYEVİN BÜTÜN ƏMLAKI ƏLİNDƏN ALINIR

06.02.2014 - 12:32

Prezident Administrasiyasının keçmiş işlər müdirindən azadlığa çıxmaq üçün bütün obyektlərini təhvil vermək tələb edilir

Prezident Administrasiyasının keçmiş işlər müdirindən azadlığa çıxmaq üçün bütün obyektlərini təhvil vermək tələb edilir
 
Ötən il iyunun 20-dən həbsdə olan Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevlə bağlı yeni xəbərlər var. Sabiq məmur nə yolla olursa-olsun, həbsdən çıxmağa çalışır. Onun səhhətinin son zamanlar ağırlaşdığı və xaricdə müalicəsinə ehtiyac yarandığı bildirilir.
Məlumata görə, həbsdən çıxmaq üçün bütün imkanlarını işə salan A.Muradverdiyevə verilən cavablarda bildirilib ki, 2005-ci ildə həbs olunarkən o, qanunsuz yolla əldə etdiyi mal-mülkünün, böyük obyektlərinin bir çoxunu gizlədib. Çünki onun obyektlərinin, mülklərinin əksəriyyəti başqa şəxslərin adına rəsmiləşdirilib. Öz adına isə Vorovski qəsəbəsindəki villasının və başqa yerlərdə bir neçə evinin olduğu bildirilir.
Məlumatda qeyd edilir ki, A.Muradverdiyev 2005-ci ildə həbs olunarkən obyektlərinin bir çoxu əlindən alınsa da, başqa şəxslərin adlarına olan obyektlərini qoruyub saxlaya bilib.
 Ötən il həbs olunduqdan və azadlığa çıxmaq üçün müəyyən dairələrlə danışıqlar aparandan sonra onun qoruyub saxlaya bildiyi obyektləri ilə bağlı məsələ yenidən gündəmə gəlib və sabiq məmurdan bu obyektləri təhvil verdikdən sonra onun məsələsinə baxılacağı bildirilib. Əldə etdiyimiz məlumata görə, bundan sonra onun bir neçə iri obyekti də əlindən alınıb. Son olaraq isə bir müddət əvvəl A.Muradverdiyev ona məxsus Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki böyük “SAF” Ticarət Mərkəzi və Nəsimi rayonu ərazisindəki başqa bir obyektini də təhvil verməli olub. Bir neçə mərtəbədən ibarət olan “SAF” Ticarət Mərkəzi uzun illərdi ki, fəaliyyət göstərir. Bu ticarət mərkəzini deputatlardan birinin qardaşı işlətdiyi, “SAF”ın həmin deputata məxsus olması haqda məlumatlar var idi. Ancaq bəlli olub ki, həmin ticarət mərkəzi lap əvvəldən A.Muradverdiyevə məxsus olub. Sadəcə, əslən Qərbi Azərbaycandan olan bir deputatla dostluq münasibətləri olduğundan A.Muradverdiyev bu mərkəzin idarə olunmasını onun qardaşına həvalə edib.
A.Muradverdiyevdən alındıqdan sonra “SAF”ın fəaliyyəti dayandırılıb və hazırda orda əsaslı təmir işləri gedir. Demək olar ki, bu böyük ticarət mərkəzi yenidən qurulur.
 Məlumatda o da bildirilir ki, Nəsimi rayonu ərazisindəki obyektini də təhvil verdikdən sonra faktiki olaraq A.Muradverdiyevin Bakıda elə bir böyük obyekti qalmayıb. İndi onun oğlu Fərhad Muradverdiyevin nəzarət etdiyi o qədər də böyük olmayan bir neçə obyektinin qaldığı deyilir.
Son təhvil-təslim işlərindən sonra A.Muradverdiyevə deyilib ki, onun məsələsinə baxılır və təxminən onunla eyni vaxtda tutulan bəzi şəxslərlə bağlı bildiklərini istintaqla bölüşsə, sərt bəyanatlar verməsə, azadlığa buraxılması mümkündü.
Buna görə də A.Muradverdiyev obyektlərini təhvil verməsinin əvəzində azadlığa buraxılacağı günü gözləyir.
Qeyd edək ki, A. Muradverdiyev iyunun 20-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, o, Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan, çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib. Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlayıb, Akif Muradverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Dekabrın 13-də Xəzər Rayon Məhkəməsinin hökmü ilə qaçaqmalçılıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
A.Muradverdiyev 2005-ci ilin oktyabrında da dövlət çevrlişinə cəhddə ittiham edilərək sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev və digəriləri ilə birlikdə həbs olunmuşdu. Ə.İnsanovla F.Əliyev ağır cəzalar alsa da, A.Muradverdiyev 2008-ci ildə azadlığa çıxa bilmişdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930