Əhməd Əhmədzadənin adamı Füzulini ikinci dəfə işğal edib

06.02.2014 - 13:04

Alı Alıyevin
rayonda talançılıq siyasəti

Son vaxtlar bölgələrdə yaşanan
problem daha açıq və qabarıq şəkildə özünü göstərir. Baş verənlər Quba və
İsmayıllı hadisələrinin təkrarlanacağını labüdləşdirir. Bu ərəfələrdə ictimai
rəy Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin xeyrinə deyil.
Əslində o, öz reputasiası barədə indi yox, çoxdan, hələ
uzaq 1992-ci illərdə düşünməliydi. Hazırda Alıyev onun haqqında tənqid yazan
qəzet və informasiya agentliklərini müxtəlif üsullarla özünə tərəf çəksə də,
ümumi balansı öz xeyrinə dəyişə bilməmişdir. Zaman-zaman onun dövlətə,
dövlətçiliyə keçmiş “xidmətləri” barədə yazılar dərc olunur, Azərbaycanın dar
günlərində Füzuli rayonunda dövlət çevrilişinin həyata keçirilməsində fəal
iştirak etdiyi xatırlanır. Onun çevriliş üzrə tərəf müqabilləri komandir Kazım
İbişovun, Əsgər Şıxəliyevin, mərhum Məhərrəm Nəzərovun… və əlbəttə ki, Şakir
Hacıyevin adları çəkilir. Yada salınır ki, çevriliş iştirakçılarından bəziləri
həbs olunub istintaqa cəlb olunsa da, Alıyev, Hacıyev və başqa daha zirəklər
məsuliyyətdən kənarda qaldılar və daş altında gizlənə bildilər. İndinin özündə
də cütlər öz sıcaq münasibətlərini davam etdirirlər.

Füzulidə Əhmədzadə rüzgarı
Respublikanın
su təsərrüfatının şəriksiz rəhbəri Əhməd Əhmədzadə vaxtilə Füzuli rayonunun
“partkomu”nun birinci katibi işləyərkən Alıyev onun çevrəsinə daxil ola
bilmişdi.
Əhmədzadə iltifat göstərərək, o
ərəfələrdə Alıyevə “Aqroproma” sədr gətirmişdi.
Həmin dövr haqda
cumhuriyyət.az-a danışan mənbə deyir: “
Alı Alıyevin “rəhbərlik” etdiyi dövr Füzuli “Aqroprom”unun tarixində
“qara ləkə” olmuşdur. Birliyin balansında olan texnikanı satmış, Böyük Bəhmənli
kəndinin 875 baş mal-qarasını İrana keçirərək “xırıd” eləmiş, erməni
basqınçıları tərəfindən oğurlandığını demişdir. İmişli ərazisində 286 ton
taxılı da “yerbəyer” eləyən Alıyev bu çapovulçuluğunu da daşnakların ayağına
yazmağa cəhd etmişdir. Bütün bunlardan sonra Respublika “Aqroprom”u kollegiya
iclası keçirərək, Alıyevin barəsində ölçü götürülməsi haqda qərar qəbul etsə
də, yenə də Əhmədzadə onun köməyinə çatmış, bütün əlaqələrini işə salaraq
Alıyevin karyerasına xal düşməsinə imkan verməmiş, dosyesini təmizlətdirmişdir.
Nəbi Muxtarovun başçılığı dövründə Alıyev birbaşa Əhmədzadənin rəhbərliyi
altında İşləmişdi və “Damokl qılıncı” kimi Nəbi Muxtarovun başı üzərindən
sallanmışdı. Heç kəs şübhə etmirdi ki, Nəbi vurulan kimi Əhmədzadə yenə də
təşəbbüs göstərib Alıyevi onun yerinə işləyəcək
.
Göründüyü kimi, bu gözləntilər özünü doğrultdu və keçmiş Camış oğrusu rayona
nəzarəti, idarəçiliyi tam ələ keçirdi.

Füzuli
rayonunu işğaldan “azad etmək” planı

Alı
Alıyev rayon icra hakimiyyətinə başçı vəzifəsinə gəldiyi elə ilk gündən
talançılıq siyasətini daha böyük şövqlə həyata keçirməyə başlamışdır. Bu
nunla bağlı
cumhuriyyet.az-ı məlumatlandıran mənbə bildirir ki, ötən
il ölkə başçısının sərəncamı ilə Füzuli rayonunun
sosial-iqtisadi inkişafına yönəlik tədbirlərin sürətləndirilməsi üçün 6 (altı)
milyon manat ayrılsa da, həmin vəsaitin xeyli hissəsi Alıyev və “çete”si
tərəfindən mənimsənildiyi ortadadır. Az çox görülən abadlıq işləri də rayonun
idarə, müəssisə, təşkilat rəhbərlərinin, ələlxüsus da yerli sahibkarların
ciblərinə girilmək hesabına həyata keçirilir. Sözsüz, elə bu səbəbdəndir ki,
rayonun rəhbər işçilərinin çoxunun banklara böyük məbləğdə borcları
vardır. 

Yeri
gəlmişkən qeyd edək ki, Alıyev öz havadarı Əhmədzadədən gördüyü qayğılı
münasibətə həmişə sayğı ilə cavab verib, ağsaqqalın bütün təklif və iradlarıın
“ləbbeyk” deyərək qəbul edib. Hətta öz himayədarının reputasiyasına xələl
gəlməsi ehtimalı yarananda özü riskə getməyə hazır olduğunu nümayiş etdirib.
Bir ara söz gəzdi ki, Alıyev hətta Əhmədzadənin katibəsi ilə də rəsmi nikahla
ailə qurmağa razılaşıbmış. Amma bu söz-söhbətlər elə başa düşülmədi ki, Alı bəy
öz həyat yoldaşına diqqətini azalda bilər. Etibarlı mənbələrdən
cumhuriyyet.az-a daxil olan məlumatlara görə Alıyev əldə etdiyi haram
kapital hesabına öz həyat yoldaşı üçün paytaxtın 3-cü mikrorayonunda aptek
açaraq, dərman satışı biznesi qurub (təxmin etmək olar ki, həmin dərmanlar
xəstəyə necə əlac edər).

Hərçənd,
başçı kimi fəaliyyəti dövründə Alıyevin “aktivinə” yazılası işləri də var. O,
Füzuli rayonunun işğal altında olan torpaqlarından 7 min hektarını ermənilərdən
geri alıb, kağız üzərində. Rəvac verdiyi subsidiya saxtakarlıqlarını
“ört-basdır” edən sənədlərdən belə məlum olur. Razılaşaq ki, bu, dövlətin kənd
təsərrüfatı məhsulları istehlakçılarına yanacaq, motor yağı alınması üçün
yardım etdiyi pulları büdcədən qoparmaq üçün işlədilmiş metodlar arasında ən
iyrənci, məllifini söyüşqabı edən bir üsuldur.

“Əhmədzadənin
adamı” vurnuxmada

Yuxarıdakı
sətirlərdə qeyd etdiyimiz kimi, Alıyev indilərdə mətbuatda və bəzi ələbaxan
saytlarda özünü təriflətdirməklə məşğuldur. Məlumat verilir ki, guya başçı
yerlərdə səyyar qəbullar keçirib, əhali ilə görüşür, problemlərini öyrənir,
aradan qaldırılması üçün göstəriş verir. Lakin Füzuli vətəndaşları bildirirlər
ki, öz dərdlərini demək üçün başçının qəbuluna düşə bilmirlər, müraciətlərinə
baxan yoxdur.
Başçının canfəşanlığı isə başa düşüləndir. Mesaj alıb ki,
seçkidən sonra kürsüsi ilə vidalaşmaq məcburiyyətində qalan başçılardan biri də
o olacaq. Buna inanmaq istəməsə də, içindəki xof qəlbini üzür, dəfələrlə ona
edilən xəbərdarlıqların bu tezlikdə gerçəkləşəcəyi fikri onu əndişələndirir.

M.Səfərəliyev

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3940

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031