Ermənilər Azərbaycan qızılına sahib çıxırlar

06.02.2014 - 15:06

İşğal olunmuş ərazilərdə – Dağlıq Qarabağın Ağdərə və Əsgəran rayonlarında ermənilər yeni qızıl yataqlarının istismarına başlamağa hazırlaşırlar.
Hər iki qızıl-mis mədəninin istismara başlanması üçün Ermənistanın “Base Metal” şirkəti tərəfindən ərazidə lazımi avadanlıqlar qurulub, texnikalar gətirilib, yataq işlənməsi üçün açılıb. Hazırda “Base Metal” şirkəti Kəlbəcərdəki Heyvalı (Drmbon) yatağında da istismar işləri aparır.
Yataqların istismarının bu ilin yazında başlanacağı gözlənilir. Şirkətin nümayəndələri yeni yataqların ən azı 10 il işlənəcəyini bildiriblər.
Hər iki yatağın təhlükəsizliyi hərbçilər tərəfindən təmin olunur.
Qeyd edək ki, Qarabağda çıxan “Azat Artsax” qəzeti istifadəyə açılan yataqların Ağdərənin Canyataq və Əsgəranın Pircamal (Vardadzor) kəndi ərazisində yerləşdiyini yazır.

Short URL: http://www.cumhuriyyet.net/?p=3942

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930