Azərbaycanlılara hörmətsizlik edən İran telekanalının rəsmisi istefa verdi

16.11.2015 - 16:00

İran Teleradio Şirkətinin (“Səda” və “Sima”) İkinci kanalının Uşaq verilişləri departamentinin direktoru azərbaycanlılara qarşı təhqiramiz ifadələrin səsləndiyi “Fitilə” proqramına görə başlayan etirazlardan sonra istefa verib.

Bu barədə Trend “Fars” agentliyinə istinadən məlumat verir.

“Fitilə” proqramında azərbaycanlılara qarşı hörmətsizlikdən sonra Uşaq verilişləri departamentinin direktoru Əli Zarean səhvini qəbul edib və vəzifəsindən istefa verib.

Məlumatda qeyd olunur ki, onun yerinə Azərmidoxt Azərhuş təyin edilib.

Qeyd edək ki, noyabrın 6-da İran televiziyasında adıçəkilən veriliş zamanı Azərbaycan dilində istehza dolu dialoqlar səslənib ki, bu da İranda yaşayan azərbaycanlıların şikayətinə səbəb olub. Təbriz başda olmaqla İranın bir çox mərkəzi şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib. Bundan sonra rəsmi şəxslər əhalini təmkinli olmağa çağırıb, Teleradio Şirkəti və proqramın prodüseri isə əhalidən üzr istəyiblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=39438

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728