Ziya Məmmədov 8,2 milyard manatı hara xərclədi

06.02.2014 - 15:19

ZIYA MƏMMƏDOV 10 İLDƏ XƏRCLƏDİYİ PULUN MƏBLƏДћİNİ AÇIQLADIZIYA MƏMMƏDOV 10 İLDƏ XƏRCLƏDİYİ PULUN MƏBLƏДћİNİ AÇIQLADI

 
 
“Regionun ən böyük nəqliyyat layihələrindən biri olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tərkib hissəsi olan yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində tikinti sürətlə davam edir”.
Bunu Nəqliyyat Naziri Ziya Məmmədov 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişaf proqramının yekunlarına həsr olunan iclasda deyib.
Onun sözlərinə görə, Ələt qəsəbəsində tikilən həmin Kompleksin ərazisində uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılıb:
“Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı bu il istismara hazır olacaq. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir”.
Z.Məmmədov 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində 8 min 332 kilometr avtomobil yolunun çəkildiyini deyib. Bunun 2 min 622 kilometri respublika, 5 min 710 kilometri yerli əhəmiyyətli yollardır. Nazir bu illərdə 222 körpü və yol ötürücüsünün tikildiyini, 85 körpünün isə əsaslı təmir olunduğunu bildirib:
“400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub, regionlarda yeni 4 hava limanı tikilib, 2 liman tam yenidən qurularaq istismara verilib. Yeni hava gəmiləri alınıb. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunub”.
Qeyd edək ki, proqram çərçivəsində Bakı-Ələt-Gürcüstanla dövlət sərhədi, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi, Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yollarında yenidənqurma işləri aparılıb.
Z.Məmmədov qeyd edib ki, Bakı-Hacıqabul-118 kilometr, Yevlax-Gəncə-87 kilometr, Gəncə dövrələmə – 39 kilometr, Bakı-Gəndob-132 kilometr və Ələt-Kürsəngi-30 kilometr avtomobil yollarının 4 zolaqlı, Bakı-Şamaxı-118 kilometr və Hacıqabul – Bəhrəmtəpə istiqamətində 50 kilometr avtomobil yollarının isə ikinci texniki dərəcəyə uyğun çəkilib. Nazir beynəlxalq əhəmiyyətli magistral yolların qalan hissələrinin də 4 zolaqlı olmaqla yenidən qurulması işlərinın davam etdirildiyini deyib.
Qeyd edək ki, yol-körpü tikintisi Azərbaycanda korrupsiyayanın daha böyük miqyasda baş verdiyi sahələrdən biri sayılır. Yol çəkilişləri zamanı lazım olan vəsaitdən dəfələrlə və hətta bəzən 10 dəfələrlə artıq sənədləşdirilərək mənimsənilir. Aeroport yolunun cəkilişinin hər kilometrinin 36 milyon manat xərclənməsi bunun əyani sübutudur. Hansı ki, ekspertlər əvvəllər də asfalt olan bu yolun hər kilometrinin cəkilişinin bir-neçə milyon dollara gələ biləcəyini qeyd edirlər.
Yəni, Z.Məmmədovun qeyd etdiyi 8,2 milyard manat vəsaitin əhəmiyyətli hissəsinin mənimsənildiyi şübhə doğurmur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3944

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031