İcra başçısı öz kefində, köçkünlər zülm çəkir

06.02.2014 - 16:57

Ağsuda qaçqınlar “Qərənfil” uşaq
bağçasında məskunlaşıblar; Ənvər Seyidəliyev onlarla maraqlanmır

Ağsuda “Qərənfil” uşaq bağçasında məskunlaşmış köçkünlər körpələrlə
birlikdə yaşamaq məcburiyyətində qoyulublar. İcra başçısı Ənvər Seyidəliyevin
başı isə qohum-əqrəbasına qarışıb. Belə ki, Ağsu rayonunda yaşayan qaçqınlar çıxılmaz vəziyyətə düşüblər. 

Bu haqda qəzetimizə xəbər verən köçkünlər bildirirlər ki, vəziyyət
acınacaqlıdır. “Qərənfil” uşaq bağçasında məskunlaşan köçkünlərin dediklərinə
görə, Ağsuya gəldiklərindən bəri bir dəfə də olsun rəsmi qurumlar onların
vəziyyəti ilə maraqlanmayıb. 

Şəhid ailəsi Gözəl Məmmədovanın dediyinə görə, binanın bütün otaqları
bağçanın qrupları üçün istifadəyə verilib. “İndi biz bağça uşaqları ilə
birlikdə yaşamağa məcburuq. Şəhid ailələri haqda dövlət qanunu da şəhid
ailələrinin növbəsiz evlə təmin olunması göstərilsə də 20 ildir biz bu
hüququmuzdan yararlana bilmirik.

Dəfələrlə ölkə başçısına müraciət etsək də, bu günə kimi
müraciətlərimizə heç bir cavab verilməyib. Azərbaycanda prezident vəzifəsindən
üstün vəzifə yoxdur. Prezidentə olunan müraciətlərimizə isə baxan olmur. Hər
dəfə bizi yalandan başlarından etməyə çalışırlar”.
Ağdamdan olan məcburi köçkün Asəf Quliyev isə bildirib ki, “Qərənfil” uşaq
bağçasının onların yaşadığı korpusu bağça kimi fəaliyyət görsətmirdi. “İndi
artıq istifadəyə verilib. Biz bundan sonra bağçaya gələn uşaqlarla bir yerdə
yaşamağa məhkumuq. Bu heç bir normaya sığmır. Dövlətin öz vətəndaşlarına bu
qədər biganə yanaşmasını başa düşmürük”. 
Görəsən, Ağsunun icra başçısı Ənvər Seyidəliyev rayonda nə işlə məşğuldur ki,
20 ildir onun rayonunda yaşayan qaçqınların aqibətindən xəbəri yoxdur? Olmaya,
başı qohum-əqrəbasını vəzifəyə yerləşdirməyə qarışıb? Axı, Ağsuda elə bir
vəzifə də qalmayıb ki, ora qohum-qardaş yerləşdirmək mümkün olsun. Mətbuatda
başçının vəzifələrə yerləşdirdiyi qohumlarının siyahısı dərc olunub.
Təkrarçılıq edib siyahını təqdim etmirik. İnternet resurslarında kifayət qədər
məlumat var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3950

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30