Azərbaycanın güllələnmiş daxili işlər nazirinin həyat yoldaşı vəfat edib

17.11.2015 - 11:02

edileKabinetində güllələnərək qətlə yetirilən keçmiş daxili işlər naziri general-leytenant Arif Heydərovun həyat yoldaşı Ədilə Heydərova dünyasını dəyişib.

“Report” xəbər verir ki, Ə.Heydərova 30 ilə yaxın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib.

O, yaşla əlaqədar 2006-cı ildə vəzifəsindən uzaqlaşıb.

Qeyd edək ki, Ədilə Xeyrulla qızı Heydərova Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Eyni zamanda, 2006-cı ildə dövlət başçısı ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Arif Heydərov 1970-ci ildən 1978-ci ilə qədər Azərbaycan SSR-nin daxili işlər naziri işləyib.1978-ci il iyunun 30-da A.Heydərov kabinetində güllələnərək qətlə yetirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=39531

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728