Xalq artisti işığa, qaza görə aksiyaya qoşulacaq

06.02.2014 - 17:36

“Fevralın 8-də etiraz aksiyası keçirəcəyik. Mən də qonşularla birlikdə bütün aksiyalarda iştirak edəcəyəm”.

“Fevralın 8-də etiraz aksiyası keçirəcəyik. Mən də qonşularla birlikdə bütün aksiyalarda iştirak edəcəyəm”.
 
Bunu açıqlamasında xalq artisti Qəndab Quliyeva deyib. O bildirib ki, 2008-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllədə yerləşən “Olimp” mənzil-tikinti kooperativinin binasının sakinləri qazsız, soyuq və bərbad həyat tərzi sürməyə məhkum olublar. Sonradan binanın tikintisi dayandırılıb: 

“Tikintini dayandırmaqla problemi necə həll etmək olar? Həyəti bu obyektlərdən təmizləmək lazımdır. Binanı inşa edən şirkət rəhbəri də qanunsuzluq edir. Prezident İlham Əliyev bu cür qanunsuz halların qarşısının alınması haqda dəfələrlə danışıb. Müvafiq orqanlar da bunu unutmamalıdırlar”.

Q. Quliyeva bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yaşadığı binaya gəldiyini də söyləyib: “Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin iki əməkdaşı da yaşayış kompleksinə gəlib və texniki planı ilə tanış olublar. Xahiş edirəm ki, bizim problemimiz rəhbərliyə çatdırılsın. Bu yaşayış kompleksində bir neçə xalq artisti, əməkdar idman ustaları, Qarabağ müharibəsinin veteranları yaşayır”.

Xatırladaq ki, xalq artisti Qəndab Quliyevanın yaşadığı “Olimp” mənzil-tikinti kooperativinin binasının sakinləri bir müddət əvvəl də etiraz aksiyası keçirib. Sakinlər mənzillərində istilik sisteminin olmamasından şikayət edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=3956

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031