Azercell-dən müştərilərinə yeni fırıldaq
Azercell mobil operator şirkətinin müştərilərini vaxtaşırı aldatması barədə məlumatlar çox yayılıb. İndiyə qədər balansınızdakı hesabdan pul oğurlanmaqdan tutmuş, SİM-SİM istifadəçilərinin başqa şəkildə aldadılmasına kimi, bütün işlərindən bəhs olunub.
Azercell müştərilərini həm də başqa bir şəkildə də aldadırmış. Məlumatlarda vurğulanır ki, xeyli müddətdir Azercell satışa çıxardığı 3GMAX data-kartları standarta uyğun işləmirmiş. Səbəb isə şirkət tərəfindən stansiyalarda hələ də bu sistemin işləməsi üçün müvafiq qurğuların qurulmamasıdır. Yalnış paytaxtdakı stansiyalarda həmin qurğular qurulub ki, bu da Bakıdan kənara çıxdıqda internetin olduqca zəifləməsinə gətirib çıxarır.
Amma şirkət reklamlarında 3GMAX-ın artıq qurulduğunu və insanları da 3G interenet sürətindən yararlandığı yalanından bəhs edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3959