Gültəkin Hacıbəyli Gülər Əhmədovanın cavabını verdi

06.02.2014 - 21:13

“Gülər Əhmədova YAP-a özü böyda qara ləkədir”

 
 
Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan keçmiş deputat Gülər Əhmədova Milli Şuranın Gültəkin Hacıbəyliyə qarşı təzyiqlərlə bağlı bəyanata münasibət bildirəkən keçmiş həmkarının tutulmalı olduğunu bildirib. Sitat: “Mən Milli Şura üzvlərini məhkəməyə dəvət etmişdim ki, gəlib izləsinlər, burada baş verənləri görsünlər, sonra yazsınlar. Ancaq gəlmədilər. Mən onları bir daha dəvət edirəm. Əqidəsini saxlayan adamlar həm iqtidarda qiymətli olur, həm müxalifətdə. Mən bilirəm ki, o məktubun müəllifi kimdir. Gültəkin Hacıyevadan söhbət gedirsə, o bilməlidir ki, tutulmağa qalsa, bəlkə də elə tutulmalı adam o idi. Mənə qarşı nə bir şahid ifadəsi, nə zərərçəkmiş, nə sübut var. Üzümə duran da yoxdur. Ona görə deyirəm ki, ona qarşı həddən artıq humanist, mənə qarşı sərt davranıblar. Milli Şuraya isə təəssüf edirəm. Bir qadınla digərini müqayisə edirlər”.

Gülər Əhmədovanın dedikləriylə bağlı Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin Hacıbəylinin cavabı isə kifayət qədər sərt olub. O, “Azadlq” qəztinə açıqlamasında keçmiş həmkarının fikirlərinə lakonik , ancaq kəsərli cavab verib: “Gülər Əhmədova hər addımbaşı sədaqətini reklam etdiyi və sıralarından xaric olunduğu Yeni Azərbaycan Partiyasına özü böyda qara ləkədir. Belə bir adamın fikirlərinə münasibət bildirməyi artıq hesab edirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3962

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031