Zakir Həsənov fövqalədə toplantı keçirdi

06.02.2014 - 21:18

Toplantıda nazir bir neçə hərbi hissə komandirinin fəaliyyətini ciddi tənqid edib və onları cəzalandırıbToplantıda nazir bir neçə hərbi hissə komandirinin fəaliyyətini ciddi tənqid edib və onları cəzalandırıb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində fövqəladə toplantı keçirib. Hərbi mənbələrdən “Azadlıq”a daxil olan məlumata görə, Z.Həsənov bütün birlik, birləşmə, briqada komandirlərini və qərargah rəislərini Bərdə korpusuna toplayıb. Nazirin iştirakı ilə Bərdə korpusunda müşavirə keçirilib. Müşavirədə cəbhə xəttinə baş verən ölüm hadisələri, erməni diversiya qrupunun tez-tez Azərbaycana soxulması ilə bağlı məsələlər təhlil edilir və müzakirələr aparılır. Müşavirədə Z.Həsənov bir neçə hərbi hissə komandirinin fəaliyyətini ciddi tənqid edib və onları cəzalandırıb. Məlumatlara görə, Z.Həsənovun cəbhə bölgələrinə səfəri davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3963

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031