Ramiz Rzayevin statistik yalanı

06.02.2014 - 21:38

Ali Məhkəmə sədri Avropa Məhkəməsinə daxil olan və icraata götürülən şikayətlərin sayını ümumilikdə daxil olan şikayətlərin sayı ilə eyniləşdirir  

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan qanunlarının və məhkəmə təcrübəsinin təkmilləşdirilərək Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırmasının vacibliyini bildirib.  “Azərtac” dövlət agentliyinə müsahibə verən R.Rzayev ali məqsədin qanunun aliliyini, insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə qaydasında daha da səmərəli müdafiə olunmasını təmin etmək olduğunu vurğulayıb. O qeyd edib ki, AİHM-də icraatda olan təqribən 100 minə yaxın şikayətin yarısından çoxu Rusiya, İtaliya, Ukrayna və Serbiyanın payına düşür. Ali Məhkəmənin sədri vurğulayıb ki, əhalisi Azərbaycan əhalisinin sayı ilə təqribən eyni olan Avropa dövlətləri ilə müqayisədə Azərbaycandan daha az şikayət daxil olub. “Belə dövlətlərə qarşı 2013-cü ildə 5 061, 1 209, 990, 726 şikayət daxil olduğu halda, Azərbaycan dövlətinə qarşı cəmi 325 şikayət daxil olub” – deyən R.Rzayevin bildirdiyinə görə, Azərbaycan dövləti tərəfindən cəmi 8 qərarda pozuntu müəyyən edilib. “Çıxarılmış 8 qərardan altısında Konvensiyanın 3-cü, 6-cı maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi və digər maddələri ilə pozuntu aşkar olunub. Bu qərarların ikisində pozuntu məhkəmə qərarlarının icra olunmamasından ibarət olub. 2012-ci ilin rəqəmləri ilə müqayisədə daha az pozuntu qeydə alınıb. Təbii ki, biz bununla arxayınlaşmamalıyıq ki, 2013-cü ildə göstəricimiz nəzərə çarpacaq dərəcədə yaxşılaşıb”.

Qeyd edək ki, yanvarın 30-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsində (AİHM) məhkəmənin illik fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilmiş və AİHM sədri Din Spilmanın iştirakı ilə keçirilən brifinqdə məhkəmənin 2013-cü il üçün fəaliyyətini əks etdirən hesabatı açıqlanmışdı. 
Hesabata əsasən 2013-cü ildə Azərbaycandan 1293 şikayət daxil olub, onlardan 325-i məhkəmə icraatına götürülüb, 284-ü qəbuledilməz hesab olunaraq icraatdan çıxarılıb, 115 iş üzrə Azərbaycan hökuməti ilə kommunikasiya aparılıb, 8 şikayət üzrə qərar çıxarılıb. Azərbaycana qarşı çıxarılan qərarlar əsasən Konvensiyanın 3-cü (4 şikayət) və 6-cı (5 şikayət) maddələri üzrə verilib. Ümumilikdə Azərbaycan 2001-ci ildə Avropa İnsan Haqları Konvensiyasına qoşulduqdan bəri ölkə üzrə 76 qərar çıxarılıb. Bu qərarların ən çoxu Konvensiyanın 6-cı, 3-cü, 1-ci Protokolun 1-ci (Mülkiyyət hüququ) və 3-cü (Azad seçkilər hüququ) maddələri üzrə çıxarılıb.
AİHM-in statistikasından da aydın olur ki, Ramiz Rzayev Azərbaycandan daxil olan və icraata götürülən şikayətlərin sayını ümumilikdə daxil olan şikayətlərin sayı ilə eyniləşdirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3965

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930