Cocuq qatili Öcalanı Türk MİT-nə belə yalvardı
1999-cu ilə aid sorğunun videosu 1999-cu ildə qeydə alınan videoda Abdullah Öcalanın ifadəsini hal-hazırda “Ergenekon” prosesindən dolayı həbsdə olan polkovnik Həsən Atilla Uğur alır. Öcalan Milli Kəşfiyyat İdarəsinin (MİT) ondan istifadə etməsini xahiş edir. Qafqazda, İranda yaxşı əlaqələrinin və kütlənin hazır olduğu deyir. Xatırladaq ki, PKK terror təşkilatının lideri Abdullah Öcalan 1999-cu ildə Keniyada həbs olunaraq Türkiyəyə gətirilib. Və o vaxtdan indiyə kimi İstanbul şəhəri yaxınlığındakı İmralı adasında həbsdə saxlanılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3967