Amerkanlardan Azərbaycana fəlakət proqnozu

07.02.2014 - 01:16

Şamaxı yerlə bir ola bilər, amerikalılar Bakıda yüz minlərlə insanın ölümü ilə nəticələnəcək zəlzələ ilə bağlı proqnoz veriblər Şamaxı yerlə bir ola bilər, amerikalılar Bakıda yüz minlərlə insanın ölümü ilə nəticələnəcək zəlzələ ilə bağlı proqnoz veriblər

Son günlər ölkədə zəlzələlərin artması müşahidə olunur. Yeraltı təkanların əsasən Şirvan bölgəsi və Xəzər akvatoriyasında müşahidə olunması isə əlavə söz-söhbətlərə yol açıb. Belə ki, politika.az xəbər verir ki, davamlı olaraq baş verən və hər dəfə daha da şiddətli şəkil alan bu zəlzələlərin fəlakətlərə yol açacağı proqnozları var. Qeyd edək ki, Azərbaycanın seysmik zonada yerləşməsi məlumdur və davamlı zəlzələrin baş verməsi də bununla bağlıdır. Yeraltı təkanların ölkəyə vurduğu zərbələrin isə tarixdə sayı hesabı yoxdur. Sonuncu belə olay isə Zaqatala yaşanıb ki, bu zaman dövlətə 20 milyon manatdan artıq ziyan dəydiyi müəyyənləşib. 
Son zəlzələrə gəldikdə isə məsələyə münasibət birmənalı deyil. Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli deyir ki, faktiki baş verən təkanlar adi haldır və onun güclü formada təzahür etməsi mümkün deyil. Amma Tahir Məmmədlidən fərqli olaraq, Bakıda və ölkə ərazilərində bir xeyli araşdırma aparmış amerikalı mütəxəssislər tamam başqa fikirdədirlər. Onlar bildirirlər ki, risqli bölgələr sırasında əsasən iki məntəqə yer alıb. Onlardan biri Şirvan bölgəsidir ki, burada güclü təkanların hətta dəhşətli nəticələrə gətirib çıxaracağı istisna deyil. 

ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimlərinin rəyinə görə, Bakıda da Şamaxı zəlzələsi gücündə yeni zəlzələ olacaq. “Burda baş verə biləcək zəlzələ nəinki Azərbaycanın əhalisi və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsir etmə imkanındadır”.Bir başqa amerikalı alimlər isə bəyan edirlər ki, Bakıda zəlzələ baş verərsə, bu yüz minlərlə insanın ölümü ilə nəticələnəcək. Onların fikrincə, Azərbaycanın paytaxtı 8 ballıq zəlzələyə davam gətirəcək gücdə deyil. Eyni zamanda, tikilmiş binaların texniki şərtləri də yetərli səviyyədə sayılmamalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=3978

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031