Türkiyə Rusiyadan qaz almağı dayandırır

07.02.2014 - 12:18

Ankara bundan sonra İranla yoluna davam edəcək

Ankara bundan sonra İranla yoluna davam edəcək

 Türkiyə hökuməti Rusiyadan alınan təbii qazın qiymətinin baha olması səbəbindən bu ölkə ilə müqaviləsinə yenidən baxmalı olacaq. JAM.AZ xəbər verir ki, bunu qardaş ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
 O qeyd edib ki, Rusiya 2014-cü ildə ucuz, amma 2015-ci ildə təbii qazı baha satmaqla bağlı qərar qəbul edib. “Dolların bahalaşması fonunda bu qiymətlər Türkiyəyə sərf etməyə bilər. Hər üç ildən bir qiymətlərə yenidən baxılması haqqına sahibik. Ona görə də, bu məsələdə qərar verməyimiz lazımdır. Özəl sektora zərər verməmək üçün Rusiyadan təbii qaz alışını tam da olmasa, böyük bir qismini dayandıra bilərik”.
Bəs, belə olan təqdirdə Türkiyə təbii qazı kimdən alacaq? Taner Yıldız deyib ki, İranda keçirdikləri son görüşdən sonra bu ölkə ilə enerji sahəsində yeni bir dönəmin əsasını qoymağa başlayıblar. Onun sözlərinə görə, Həsən Ruhani ilə keçirilən görüşdə demək olar ki, bütün razılaşmalar əldə olunub. “İrandan təbii qazın alınması istiqamətində işlərimizi sürətləndirməyə başlamışıq. Artıq Tehrandan gələn nümayəndə heyəti Ankarada araşdırmalara başlayıblar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3982

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30