“Eurovision” təmsilçimiz tüstüdən boğulub
Müğənni Eldar Qasımovun halı pisləşib.
Pubika.az xəbər verir ki, “Duman” adlı yeni mahnısının fotosessiyası zamanı Eldar təhlükə ilə üzləşib. Belə ki, o, tüstüdən boğulduğu üçün çəkiliş yarımçıq dayandırılıb. Amma Eldar baş verənlərə görə peşman deyil:
“”Duman” adlı yeni mahnımın fotosessiyası zamanı daha möhtəşəm effekt əldə etmək üçün cürbəcür tüstü buraxan vasitələrdən istifadə edilir. Qəfildən halım pisləşdiyindən çəkilişi bir saat dayandırmaq məcburiyyətində qaldıq. İncəsənət həqiqətən qurban tələb edir!”


Short URL: http://www.cumhuriyyet.net/?p=39829