Sərkisyan Putinin olimpiadasını necə boykot etdi…

07.02.2014 - 12:28

Ermənistan ordusu təmas xəttində daha bir əsgərimizi şəhid edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, insident fevralın 6-da, saat 18.40-da baş verib. Erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun mövqelərini atəşə tutub və nəticədə silahlı qüvvələrin müddətdən artıq hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu snayper atəşi ilə həlak olub.
Bu, yanvarın 20-dən etibarən təmas xəttində gərginliyin kəskin artmasının nəticəsi olaraq Azərbaycan ordusunun verdiyi sayca üçüncü itkidir. Xatırladaq ki, yanvarın 20-dən sonra təmas xəttində güclənən atışmalarda erməni ordusu Azərbaycan silahlı qüvvələrinin iki zabitini şəhid edib. Lakin sonuncu insident açıq-aşkar siyasi mahiyət daşımaqdadır.
Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə regionuna növbəti səfərlərini fevralın 5-də İrəvanda başa vurdular. Həmsədrlərin missiyası uğursuz başa çatdı, prezidentlərin fevral ayına planlaşdırılan görüşünü razılaşdırmaq mümkün olmadı. Bu, təmas xəttində Ermənistan işğalçı qüvvələrinin dalbadal baş verən təcavüzkar hərəkətlərinin, eyni zamanda erməni rəhbərliyinin lovğa və davakar ritorikasının nəticəsi idi. Həmsədrlər ertəsi gün-fevralın 6-da bəyanatla çıxış edərək bildirdilər ki, Azərbaycan və Ermənistan prezidentləri Soçi Olimpiadası günlərində atəşkəs rejiminə əməl edilməsinə razılaşıblar.

Həmin gün Rusiya XİN-in rəsmi bəyanatı yayıldı. Rəsmi Moskva bütün münaqişə iştirakçılarına müraciət edirdi ki, Soçi şəhərində başlayan Qış Olimpiya Oyunları ilə bağlı atəşkəsə əməl etsinlər. Hələ qədim dövrlərdən Olimpiya oyunları zamanı bütün münaqişə iştirakçıları “Olimpiya sülhü” deyilən razılaşmaya əməl edirlər və Rusiya XİN məhz bu ənənəni nəzərdə tutaraq həmin bəyanatı vermişdi. Vurğulamaq lazımdır ki, bu çağırış daha çox Rusiyanın qonşuluğunda yerləşən münaqişə ocaqlarına, həm də Ermənistanla Azərbaycana yönəlmişdi.

Ancaq çağırışın nəticəsi nə oldu? Həmsədrlərin prezidentlərin Olimpiya oyunları günlərində atəşkəsə əməl edilməsinə dair razılaşmalarını bəyan etməsindən və Rusiya XİN-in çağırışından cəmi bir neçə saat sonra erməni ordusu təmas xəttində atəşkəsi pozaraq Azərbaycan əsgərini vurdu. Bu, həm Azərbaycan prezidentinə, həm Rusiya prezidentinə çağırışdır.

Ermənistan onlarla ölkənin dövlət başçılarının Soçi oyunlarının açılışına toplaşdıqları bir vaxtda həm “Olimpiya sülhü” ənənəsinə, həm həmsədrlərin cəmi bir neçə saat əvvəl elan etdikləri atəşkəs razılaşmasına hörmətsizlik nümayiş etdirdi. Başqa sözlə, Ermənistan prezidenti Serj Sərkisyan Putinin olimpiadasına tüpürdü.

Belə vəziyyətdə Azərbaycan nə etməlidir? Həmsədrlər və hazırda başı Soçi Olimpiadasına qarışan həmsədr ölkələrdən biri hansı haqla Azərbaycanın bu yarışlar dövründə atəşkəsə əməl etməsini gözləməlidir? Əraziləri işğal altında olan ölkənin Müdafiə Nazirliyi son iki həftədə erməni gülləsindən şəhid olan üç hərbçiyə görə misilləmə cavab addımları atmalı deyilmi? Hər halda gözləyək…

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3985

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031