Azərbaycanın Ukraynaya yardımı nəyə hesablanıb?

07.02.2014 - 12:32

“Rəsmi Bakı Ukraynada demokratiyanı dəstəkləmək projesinə qoşulmaqla özünü siyasi zərbələrdən qorumağa çalışır”

“Rəsmi Bakı Ukraynada demokratiyanı dəstəkləmək projesinə qoşulmaqla özünü siyasi zərbələrdən qorumağa çalışır”

Xəbər verildiyi kimi, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton Kiyevdə böhranın həllinin əvəzinə pul yardımı təklif etməyə hazırlaşdığını deyib. Belə təklif AB-nin Ukraynaya qarşı sanksiyalarını dəstəkləyən ölkələrin sayı artdığı vaxtda səsləndiriləcək.
Eştonun yaxın ətrafının sözlərinə görə, təklif Yanukoviçin müxalifətin tələbləri ilə bağlı gedəcəyi güzəştlərdən asılıdır. Məbləğ açıqlanmasa da, bu pullar beynəlxalq donor qrupundan, o cümlədən AB, ABŞ, o cümlədən Azərbaycan, Yaponiya və Norveçdən daxil olacaq.
Azərbaycanın da bu siyahıda olması diqqətdən kənarda qala bilməz. Avropa Birliyinin insan haqları və demokratiya ilə bağlı tələblərini qulaqardına vuran Azərbaycan hakimiyyətinin bu addımının arxasında da müəyyən səbəblərin dayandığı şübhəsizdir. Rəsmi Bakının bu addımı Rusiyanın da etirazına səbəb olacaq.
Hələlik bu məlumat rəsmi dairələr tərəfindən təkzib edilməyib. 
Bəs Azərbaycanın Avropa Birliyinin Ukraynaya yardımının arxasında nə dayanır?
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi hesab edir ki, Azərbaycan hökuməti Avropa Birliyi ilə Assosiasiya sazişini imzalamaqdan imtina edib daha yüksək statuslu əməkdaşlıq sazişinə razı olduğunu bəyan edəndə bunun arxasında hansısa xoşagəlməz siyasi alverin dayandığı bəlli idi. Ilham Əliyev Azərbaycanda demokratiyaya mane olaraq Ukraynada demokratiyanı dəstəkləmək projesinə qoşulmaqla özünü siyasi zərbələrdən qorumaq məqsədi güdür. Amma rəsmi Bakı başa düşməlidir ki, Ukraynada başlayan proses hansısa xırda siyasi və biznes əməliyyatları ilə dayandırıla bilməz. Yəni azadlıqların sərhədlərinin genişlənməsi mütləq Bakıya da gəlib çatacaq və bunun qarşısını almaq üçün verilən bütun rüşvətlər boşa getmiş olacaq. 
Ekspertin fikrincə, rəsmi Bakının bu addımı belə həssas məqamda Kremlin də narazılığan səbəb olacaq. Belə olan halda Azərbaycan kimi kiçik dövlətin iki siyasi güc mərkəzi arasında əzdirmək heç bir məntiqli siyasətçiyə baş ucalığı gətirməz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3987

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031