Daha bir intihar
Azərbaycanda daha bir nəfər özünü yandırdı
Məlumata görə, R.Abdullayevin həyat yoldaşı bir neçə gün əvvəl məişət zəminində baş vermiş münaqişədən sonra ər evindən ata evinə qayıdıb. Fevralın 7-nə keçən gecə isə R.Abdullayev sərxoş vəziyyətdə qayınatasının həyətinə gəlib. O bildirib ki, həyat yoldaşını aparmağa icazə verməsələr özünü həyətin ortasındaca yandıracaq və elə də edib. 34 yaşlı kişi ağır vəziyyətdə rayon xəstəxanasına gətirilib. Vəziyyəti nəzərə alan həkimlər R.Abdullayevi Bakıya göndərməyə qərar verib. 5 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən şəxsin vəziyyəti kritik qiymətləndirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, polis şöbəsində R.Abdullayev barəsində bir neçə gün əvvəl öz anasını döyməsi ilə bağlı araşdırma da aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3989