Sumqayıtda dəhşət: bir gənc 3 dayısını yanğınla öldürdü

07.02.2014 - 16:50

Sumqayıtda dəhşətli qətl törədilib.

 
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub.
Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.
Məlumata görə, hadisəni törədən və ölən şəxslər sərxoş olublar. Onlar bir yerdə yeyib içdikdən sonra aralarında mübahisə düşüb. 23 yaşlı Ə. Abbasov da dayılarının sərxoş olmasından istifadə edərək onların olduğu otaqdakı yorğan-döşəyə od vurub və otağın qapısını bağlayıb. Nəticədə hər üç şəxs tüstüdən boğularaq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Polis tərəfindən saxlanılan Ə. Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. Təhqirlərə dözə bilməyən Ə. Abbasov dayılarını öldürməyə qərar verdiyini açıqlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=3990

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031