MTN-də baş verənlər Azərbaycandan kənara çıxır: Maliyyə əməliyyatları Gürcüstanı da hərəkətə gətirdi

18.11.2015 - 16:56

akif covdarovDövlət Təhlükəsizlik Xidməti bəzi deputatların Akif Çovdarovla maliyyə maxinasiyalarını araşdırmağa başladı

Gürcüstan Parlamentinin bəzi deputatlarının MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla geniş biznes və iş əlaqələri olub.

Hətta Eks-nazir Eldar Mahmudovun Gürcüstandakı biznesinin də Gürcüstan parlamentinin bəzi deputatları tərəfindən idarə edildiyi üzə çıxıb.

Bu barədə Avropa.info-ya etibarlı mənbə məlumat verib. Məlumatda bildirilir ki, Akif Çovdarov həbs edildikdən sonra Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Gürcüstan parlamentinin bir neçə deputatı haqqında araşdırma başladıb. Bu informasiya Dövlət Təhlükəsizlik Xidmətinin sədr müavini Levan İzoriyanın yaxın ətrafından sızdırılıb.

Söhbət Gürcüstan ərazisində dövriyyədə olan və Azərbaycana bağlı mafioz qrup tərəfindən idarə edilən, 800 milyon dollarlıq biznes şəbəkələrindən gedir.

Mənbə bildirir ki, Artıq Gürcüstan xüsusi xidmət orqanları Azərbaycandan idarə olunun biznes şəbəkəsini idarə edən deputat və şəxslərə qarşı, vətənə xəyanət və casusluq ittihamları irəli sürmək üçün oncədən dosyelənmiş faktları prosesual hərəkətə gətiriblər.

Akif Çovdarovun Gürcüstanda yaşayan bəzi qohumlarının və bir neçə deputatın yaxın vaxtlarda həbs ediləcəyi ehtimal var.

Short URL: http://www.cumhuriyyet.net/?p=39921

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728