145 min manatı mənimsənilən qadının özünü tutublar
“Hüquqlarını müdafiə etdiyim şəxs ruhi xəstə olmasına baxmayaraq onun barəsində həbs qətimkan tədbiri də seçmişdilər” “Hüquqlarını müdafiə etdiyim şəxs ruhi xəstə olmasına baxmayaraq onun barəsində həbs qətimkan tədbiri də seçmişdilər”
O qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxsin qanunsuz olaraq həbs-qətimkan tədbirinə məruz qalması ilə bağlı baş prokuror Zakir Qaralova etdiyi müraciətdən sonra S.Cəfərovanın üzərində ekspertiza keçirilib və onun 1992-ci ildən ruhi-əsəb dispanserində qeydiyyatda olduğu təsdiqlənib: “Məhz bundan sonra vəsatətim əsasında məsələ araşdırıldı və Cəfərova fevralın 6-da Ruhi-Əsəb Dispanserinə köçürüldü. Bu şəxsin iki məsələsi hüquq mühafizə orqanlarında araşdırılır. Cəfərova Sədat Cəfər qızı 2013-cü il dekabr ayının 27-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçısı Qabil Hümbətov və digər iki nəfər həmin idarənin əməliyyatçıları tərəfindən yaşadığı evinin yaxınlığından zorakılıqla tutularaq aparılıb. Onun barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb. Həbs-qəti imkan tədbiri seçilərkən təqsirləndirilən şəxsin səhhəti, ailə vəziyyəti nəzərə alınmayıb. Cəfərova Sədat Cəfər qızı 1992-ci ilin oktyabr ayından Ağdam rayonlar arası Ruhi Əsəb Xəstəlikləri Dispanserində, 2011-ci ildən Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində məcburi stasionar müalicə alır. Hazırda onun üzərində narkotik ittihamı ilə iş davam edir. Onun saxlanılmasının digər bir – onun özünə qarşı törədilmiş cinayət işi ilə bağlı olduğunu düşünürük. Belə ki, Cəfərova dələduzluq yolu ilə onun 145 min 800 man manat məbləğində mənimsənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin Abşeron Rayon Prokurorluğu cinayət işinin başlanması ilə bağlı qərar qəbul etmir. Belə ki, Arzu Qarayeva adlı vətəndaş onun 145 800 manat pulunu mənimsəyib. Bununla bağlı faktları hüquq-mühafizə orqanlarına təqdim etmişik. Lakin uzun müddətdir həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmir. O, hazırda Azərbaycanda olmasına baxmayaraq, barəsində heç bir ölçü götürülmür. Bizim araşdırmalarımıza görə, Arzu Qarayevanın müəyyən dairələrdə himayə edən yüksək çinli məmurlar var. Ona görə də Sədat Cəfərovanı susdurmaq üçün onu şərləyərək həbs etdiriblər. Mən ölkə rəhbərliyindən bu məsələni diqqətdə saxlamağı xahiş edirəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3998