Əliyev Yanukoviç kimi dirəniş göstərsə…

08.02.2014 - 12:12

“Baş verənlərdən daha çox Azərbaycan cəmiyyəti dərs çıxarmalıdır”


Ukraynaya tətbiq olunan sanksiyalar Azərbaycana da tətbiq oluna bilərmi?

Fevralın 6-da Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul etdi və qətnamədə yer alan tələblər gözlənildiyindən də sərt oldu. Qurum Avropa Birliyi və ona üzv dövlətləri “Avromaydan”dakı sərt tədbirlərə və ölüm hallarına cavabdeh olan ukraynalı məmurlara, oliqarxlara və deputatlara qarşı sanksiyalara çağırıb.
Söhbət, viza məhdudiyyətindən, aktivlər və mülklərlə bağlı sanksiyalardan gedir. Qətnamə müəllifləri tələb edir ki, Kiyevdəki hadisələr zamanı edilən hücumlara və etirazçıların öldürülməsinə görə məsuliyyət daşıyan məmurların Avropa ölkələrinə səfərlərinə qadağa qoyulsun, habelə onların bank aktivləri dondurulsun. Avroparlament həmçinin Ukrayna prezidenti Viktor Yanukoviçi etirazçıların döyülməsi, oğurlanması və işgəncəyə məruz qoyulmasında aktiv iştirak edənГї”Berkut” xüsusi təyinatlılarındanГїistifadəni dayandırmağa çağırıb.
Bəli, Ukraynanın sanksiyalarla üz-üzə qalması an məsələsidir. Bütün bunlar o zaman baş verdi ki, Ukrayna hakimiyyəti son anda Avropa Ittifaqı ilə Assosasiya sazişi imzalamaqdan imtina etdi.
“Şərq Tərəfdaşlığı”na üzv olan 6 ölkədən ilk olaraq Gürcüstan və Moldova Avropa Ittifaqı ilə əməkdaşlıqda maraqlı olduğunu və Assosasiya sazişini imzalamağa hazır olduğunu bildirdi. Sonrakı gözləntilər Azərbaycan və Ukraynayla bağlıdır. Ermənistan və Belarus isə ən az ehtimal olunan ölkələrdi.
Diqqət etsək görərik ki, indiki halda Ukrayna ilə Azərbaycan arasında oxşarlıq böyükdür və Azərbaycanı da eyni aqibətin gözləyəcəyi aydındır. Yəni, hakimiyyət dinc aksiyaçılara qarşı zor tətbiq edərsə, Azərbaycana qarşı da sanksiyalar tətbiq olunacaq. Nəzərə alsaq ki, Azərbaycan məmurlarının Avropa banklarında vəsaitləri, müxtəlif ölkələrdə əmlakları var, deməli bu hal hakimyyət üçün ağır zərbə deməkdir. Əslində, bu istiqamətdə hakimiyyətin narahatlığı hiss olunmaqdadır. Ölkə başçısı Ilham Əliyevin sonuncu müşavirədə məmurlara xitabən “Məmurlar vətənə sadiq və sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsirinə düşməməlidir” deməsi də məmurları məlum təhlükə panikasından yayındırmaq cəhdidir.

Bəs, Ukrayna hadisələrindən hakimiyyət necə dərs çıxarmalıdır?

Hüquq müdafiəçisi Rəsul Cəfərov bildirdi ki, Azərbaycan hakimiyyətinin yol verdiyi pozuntulara sona qədər göz yumulmayacaq: “Ukraynaya qarşı sanksiyaların tətbiq olunması aksiyaçılara qarşı zorakılıqla bağlıdır. Bu mənada Azərbaycana qarşı sanksiyalar artıq tətbiq olunmalıdır. Çünki, Azərbaycanda insan haqlarının vəziyyəti olduqca acınacaqlıdır. Ukrayna ilə Azərbaycan arasında xeyli oxşar məqamlar var. Ona görə də Azərbaycan hakimiyyəti baş verənlərdən nəticə çıxarmalıdır və azadlıqların boğulmasına son qoymalıdır. Hakimiyyət anlamalıdır ki, baş verən pozuntulara müəyyən həddə kimi göz yumulacaq və o həddən sonra sanksiyalar tətbiq olunacaq”.
Politoloq Arif Yunus hesab edir ki, baş verənlərdən daha çox cəmiyyət dərs çıxarmalıdır: “Ukraynaya beynəlxalq diqqət o zaman yönəldi ki, cəmiyyət öz iradəsin ifadə etdi. Artıq 4 aydır Ukrayna xalqı meydandadır və öz prinsiplərindən geri çəkilmir. Belə bir vəziyyətdə Avropa Parlamentinin və digər beynəlxalq qurumların laqeyd qalması mümkün deyil. Ukraynaya qarşı sanksiyaların tətbiq olunması da xalq amili ilə bağlıdır. Azərbaycanda isə xalq etirazı kütləvi formada ifadə olunmur və buna görə də beynəlxalq diqqət yalnız hesabatlarda hiss olunur. Ona görə də Azərbaycan cəmiyyəti baş verənləri analiz etməli və əsas amilin xalq olduğunu anlamalıdır. Nə qədər ki, kütləvi etirazlar olmayacaq, xarici dövlətlər öz maraqlarını təmin etməyə davam edəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4006

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829