Maliyyə amnistiyası adı altında yeni oyun

08.02.2014 - 15:07

Hakim komanda məmurların çirkli pulların
leqallaşdırmağa hazırlaşır

Azərbaycanda
maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsinin hazırlanması
istiqamətində iş aparılır. Bunu vergilər naziri Fazil Məmmədov bəyan edib. Qeyd
edək ki, söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi
çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və
gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. Belə ki,
F.Məmmədovun sözlərinə görə, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək
olmaz. Nazirin fikrincə, bu və digər səbəblərə görə, əmlak və digər sərvətlərin
leqallaşdırılması üçün müvafiq amnistiya sistemini tətbiq etmək zərurəti var.
Eyni zamanda F.Məmmədov bildirib ki, amnistiya barədə qərarın nə vaxt
veriləcəyi hələ dəqiq məlum deyil.

Uzun
müddətdir ki, maliyyə amnistiyasının tətbiq olunması ilə bağlı müzakirələr
aparılıb, parlamentdə büdcə müzakirələri zamanı da məsələ dəfələrlə qaldırılıb.
Belə görünür ki, hakimiyyət artıq maliyyə amnistiyasının vaxtı gəlib çatdığını
düşünür. Yəni ölkə vətəndaşlarının maliyyə vəsaitlərini xaricə aparmasını bu
vasitə ilə dayandırmaq lazımdır. Bunun arxasında isə o durur ki, kimlər necə
qazanıb, qazanmayıb bu artıq başqa məsələdir.

Azərbaycanda
maliyyə amnistisiyasının pozetiv tərəfləri olsa da, indiki halda bu addım daha
çox korrupsioner məmurların maraqlarına yarayır. Belə ki, vergi ödənişi ilə
bağlı sahibkarların problem yaşadığı gündəmdə osaydı, o zaman maliyyə
amnistiyasını başa düşmək olardı. Çünki vergilərin bağışlanması və digər bu
tipli addımlar dünya təcrübəsində olub. Adətən maliyyə amnistiyası o zaman baş
verir ki, hökumət dəyişikliyi baş verir və yeni komanda iqtisadi siyasətin
fərqli istiqamətlərini elan edir. Ölkənin maliyyə sistemindən kənara axının baş
verməsinin qarşısının alınması üçün belə addımlar atılır. İndiki halda atılan
addımlar bu məqəsədə xidmət edə bilmir. Çünki ölkədən kifayət qədər böyük
pullar çıxarılaraq off-şor zonalara yerləşdirilir. Eyni zamanda ölkə də xeyli
sayda xarici investisiya cəlb edə bilir. Ona görə hazırkı qarşıq bir zamanda bu
addımın atılması anlaşılmır. Nəzərə almaq lazımdır ki, maliyyə amnistisiyası
daha çox məmur kapitalının ölkədə leqal biznesin çiçəklənməsinə gətirib
çıxarmasına hesablanıb. Bu məmurların bineslə məşğul olmaq qadağasını müəyyən
dərəcədə leqallaşdırır. Maliyyə amnistisyası verilən ölkələrin də təcrübəsinə
nəzər saldıqda görərik ki, çirkli kapital sahiblərinin vəsaitləri vergiyə cəlb
edilməklə leqallaşdırılır. Bu baxımdan əslində maliyyə amnistiyası məmurların
ölkə daxilində biznes imkanlarının genişlənməsi deyil, büdcənin əlavə gəlirlər
əldə etməsidir.

Onu
da bildirək ki, Azərbaycanda maliyyə amnistiyasının tətbiqi ilə bağlı məsələ
zaman-zaman qalxıb. Qazaxıstanda maliyyə amnistiyası elan edildikdən sonra
90-cı illərin sonunda oxşar məsələ Azərbaycanda da gündəmə gəldi. Məqsəd
qeyri-qanuni əldə olunan vəsaitlərin, əmlakın leqallaşdırılmasına hesablanmışdı.
Əgər bu maliyyə xaricdə idisə, həmin vəsaitin Azərbaycana gətirilməsi üçün imkan
yaradılmalı idi. Amma bu layihə Milli Məclisdən keçmədi. Düşünürəm ki, hazırda
bu layihənin yenidən gündəmə gətirib, reallaşdırmaq lazımdır. Amma maliyyə
amnistiyası üçün müddət də müəyyənləşdirilməlidir. Bu müddət sonsuzluğa qədər
ola bilməz. Maksimum bir il müddət bu məqsəd üçün kifayətdir.



“İqtisadiyyat
şöbəsi”

Short URL: http://www.cumhuriyyet.net/?p=4008

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031