Əli Abbasov dövlət başçısını necə aldadıb

08.02.2014 - 15:17

Dövlət başçısının son təltif fərmanının
pərdəarxası məqamları

Xəbər
verildiyi kimi, prezident İlham Əliyev informasiya-kommunikasiya və kosmik
sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında
informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə
görə 31 nəfər müxtəlif ad və fəxri fərmanla təltif ediliblər.

Sərəncamdan da göründüyü kimi, mükafatlandırma informasiya-kommunikasiya
və kosmik sənaye sahələrində çalışan şəxslərlə bağlı olub. Lakin cumhuriyyet.az-ın ilkin
araşdırması zamanı ortaya fərqli faktlar çıxıb. Aydın olub ki, nazirlikdən
Prezident Administrasiyasına gedən təqdimat xarakterli siyahıda nazir Əli
Abbasovla aparat rəhbəri Vidadi Zeynalova yaxın kadrların adları daha çox
üstünlük təşkil edib. Hansı ki, onların bir çoxunun ümumiyyətlə kosmik sənaye
sahəsi ilə bağlılığı yoxdur.

Eyni zamanda, mükafatlandırılanlarla müqayisədə haqq
edənlərin mütləq əksəriyyəti kənarda saxlanılıb. Bununla bağlı cumhuriyyet.az-a danışan
mənbə deyir: “Şübhəsiz ki, bu, birbaşa nazirin istəyi və təqdimatı ilə
həyata keçirildi.
Orada elə adamlar ad və ya medal aldılar ki, onların
çoxu “təsadüfi” kadrlar deyil. Mütləq əksəriyyəti yüksək vəzifəli
şəxslərin qohumlarıdır. Məsələn, “Dövlət qulluğunda fərqlənməyə görə”
medalla təltif olunan Əlyar Təmirov hazırda Zaqatala rayon İcra Hakimiyyətinin
başçısı vəzifəsində işləyən Mübariz Əhmədzadənin (Əhməd Əhmədzadənin qardaşı)
kürəkənidir. Bu adam Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində
Tənzimləmə şöbəsinin müdiridir. Əli Abbasov nazir gələndən sonra o, 2 il
ərzində çox sürətlə yüksəldildi. İndisə medalla da qiymətləndirdilər.  Sözüm odur ki, arxasız rabitəçiləri belə
arxalı məmurlar mükafatlandırmada da əvəzlədilər. Hesab edirəm ki, bu, həm də
prezidenti aldatmaqdır”.

Əldə
etdiyimiz
məlumata görə, təltif edilənlər arasında elm, təhsil sahəsində
işləyənlər də var. Məlumatda o da bildirilir ki, mükafatlandırma rabitəçilərin
peşə bayramı günü gözlənilib. Lakin sərəncam təxminən 2 ay gecikib. Gecikmənin
səbəbi və təltif edilənlərlə bağlı geniş araşdırma aparmaqdayıq. Bu haqda növbəti saylarımızdaoxuya bilərsiniz!


Elçin
Əmirov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4009

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031