Allahşükür Paşazadəyə 2 milyonluq ittiham

08.02.2014 - 15:33

Qafqaz Şeyxinə İslam Universiteti tikmək və qaçqınlara yardım üçün vəsait verildiyi bildirilir…QMİ sədrinə İslam Universiteti tikmək və qaçqınlara yardım üçün vəsait verildiyi bildirilir…
Bir neçə gün əvvəl mətbuata QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin 90-cı illərin sonlarında ərəb mənbələrindən pul alması ilə bağlı məlumatlar ötürülmüşdü. Həmin məlumatlarda Şeyxin bu vəsaiti Xırdalanda universitet binası tikdirmək məqsədilə aldığı, lakin təyinatı üzrə xərcləmədiyi qeyd olunurdu.
Məlumat QMİ rəsmiləri tərəfindən təkzib olunsa da, mənbələr bu qəbildən məlumatları davamlı olaraq göndərir, iddialarının əsaslı olduğunu bildirirdilər. Fevralın 7-də media orqanlarına Şeyxin ərəb iş adamlarından pul alması ilə bağlı daha bir məlumat göndərilib.
Məlumatda qeyd olunur ki, bir müddət əvvəl Əbd əl-Əziz Səud əl-Babteyn adlı Küveytli iş adamının Hacı Allahşükür Paşazadəyə 90-cı illərin əvvəllərində Bakıda İslam Universiteti tikmək üçün pul verdiyini açıqlayan bəyanat yayılıb: “Yerli mətbuatda dərc olunan yazılarda hətta ərəb iş adamının Şeyxə “İslam Universiteti tikmədin, heç olmasa, rus məktəbi tik, yenə nəsə bir iş görmüş olarsan” kimi mesajı da səslənmişdi. Ardınca QMİ sədrinin qardaşı Cavanşir Paşazadə bütün bunları təkzib etmişdi. Hətta pul söhbətinin qəti olmadığını bildirmişdi. Bu yaxınlarda isə “yalanın ömrü 40 gün olar” misalına bənzəyən bir fakt ortaya çıxıb. Şair Qabilin oğlu Mahir Qabiloğlu mətbuatda yazdığı köşə yazısında bu hadisəni xatırlayıb. Jurnalist Şeyxin xeyrinə, ona tərif yağdıran yazısında özü də bilmədən (bəlkə də bilərəkdən) necə deyərlər “sandığı açıb pambığı töküb”.
Məlumatda ardınca qeyd olunur ki, həmin vaxt AzTV-də müxbir işlədiyini yazan jurnalist Şeyxin Əbd əl-Əziz Səud əl-Babteynlə görüşündə iştirak edib. Və bu zaman QMİ sədrini ərəb iş adamından pul almasına şahidlik edib. Sitat: “İçəri keçdik. Qonaq Asiya Müsəlmanları Komitəsinin sədri Əl-Səud Babteyn (adda yanlışlığa yol versəm, bağışlayın) idi. Pres-relizdə yazılanlara görə çox varlı adamdır. Ərəb dünyasının tanınmış simalarından sayılırdı. Əgər Şeyxülislam həzrətləri onu qəbul edirdisə, deməli, nüfuz sahibidir… Xırdalanda Əl-Əzhər Universitetinə bərabər universitet də tikdirmək istəyirdi. O illər Azərbaycan üçün çətin dövrlər idi. Şeyxülislam Hacı Allahşükür Paşazadənin böyük nüfuzu və apardığı danışıqlar nəticəsində ərəb dünyasından qaçqınlara 1 milyon dollar məbləğində yardım ayırmışdılar. Təcili çəkiliş qrupumuzu QMİ-yə çağırdılar. Başda Şeyxülislam həzrətləri olmaqla Hacı Madər Musayev, Hacı Salman və digərlərinin qatıldığı nümayəndə heyəti İlə Biləsuvara – “Çadır şəhərciyi”nə yol aldıq. Mart ayı idi. Şəhərciyə çatdıq. Şeyxülislam Həzrətləri qaçqınlar qarşısında çıxış edərək dedi ki, bu yardımı müsəlman qardaşlarımız sizin üçün göndərib. İlk olaraq 250 min dollarlıq bir yardımdır. Bundan sonra ərəb qardaşlarımız özləri sizinlə sıx təmasda olacaqlar.
Məlumatda qeyd olunur ki, bütün faktlar üst-üstə düşür, ancaq bir sıra qaranlıq məqamlar da var: “Məsələn, qaçqınlar üçün ayrılan (?!) 1 milyonun 250 mini deyək ki, verildi. Bəs qalan 750 min hara qeyb oldu? Yoxsa bir müddət əvvəl də mətbuatda yazıldığı kimi, bu pula Şeyx özünə “Mercedes” alıb? Müəllif bir maraqlı məqamı da qeyd edib ki, məhz görüşdə Şeyxin müavini (daha çox vəhhabilərə yaxınlığı ilə tanınan) Hacı Salman da olub. Göründüyü kimi, hələ də aydınlıq gətiriləcək qaranlıq məramlar var. Amma ortada yalnızca bir “təkzib” oldu ki, onun da ömrü uzun çəkmədi. Bu, görüşlərdə iştirak edən jurnalist tərəfindən qələmə alındı. Sonda bir məqamı da qeyd etmək yerinə düşər ki, o zaman ərəblərin (vəhhabi təriqətli) Azərbaycana ayaq açmasında şeyxin müəllif də yazdığı kimi, “böyük nüfuzuna və apardığı danışıqlar” rol oynamışdı. Bu gün isə məhz həmin adamların ölkəyə 20 il əvvəl atdığı kök öz “bəhrəsini” verir və Suriyada onlarla gəncimiz öldürülür. Ən azından bu barədə düşünməyə dəyər”.
Əlavə edək ki, son günlər redaksiyamıza Şeyxülislam və digər tanınmış din adamları haqda müxtəlif mövzuda kompromatlar göndərilsə də, bunları yayımlamamışıq. Ancaq indi təqdim etdiyimiz materialda iddialar xeyli dərəcədə ciddi olduğu və 3-cü mənbədən təsdiqləndiyi üçün yayımlamağa ehtiyac duyduq. Ümid edirik ki, QMİ sədri özü bu ittihamları ciddi dəlillərlə təkzib edəcək.(musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4010

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031