Ermənilər Ərdoğandan nə istəyir?

08.02.2014 - 17:31

Merkel Ərdoğandan ermənilərin xahişini elədi

 
Almaniya kansleri Angela Merkel Türkiyədən Ermənistanla sərhədi açmasını istəyib. A. Merkel Türkiyədən qondarma erməni soyqırımını tanımasını istəyib.
ANS PRESS-in “Hürriyet”-ə istinadən verdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə kansler ermənilərin çətin vəziyyətdə olduğuna diqqət çəkib. “Ermənistandakı ermənilərlə dünyanın müxtəlif yerlərinə səpələnmiş erməniləri eyni tutmaq olmaz. Ermənistandakı ermənilərin durumu acınacaqlıdır. Türkiyə Ermənistanla sərhədi açmalıdır. Türkiyənin tarixi ilə üzləşməsi lazımdır”, – deyə Angela Merkel bildirib.
Ərdoğan isə “bizə etmədiyimiz bir şeyi necə qəbul etdirə bilərsiniz” deyə cavab verib. “Biz bütün tarixçilərə arxivlərimizi açdıq. Bütün dünyaya səsləndik. Gəlin araşdırın dedik. Amma heç kim gəlmədi Türkiyəyə haqsızlıq etməyin”, – deyə Ərdoğan bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=4011

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930