Mingəçevirdə park çökdü, 5 nəfər Kürə düşdü
Fevralın 8-də Mingəçevirdə Kür sahilindəki parkda insanları şoka salan hadisə baş verib. Saat 17 radələrində parkın daş döşəməsi müəyyən bir hissədə özülündən çöküb.
Hadisə vaxtı həmin yerdə dayanmış 2 qadın və 3 azyaşlı uşaq Kürə düşüb.
Bu barədə məlumatı foto ilə birlikdə Rauf Həmidli adlı istifadəçi facebook-da yazıb.
Məlumatda çökmə nəticəsində suya düşənlərin taleyi barədə heç nə deyilmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=4013