Xalq artistinin nəvəsi: “Rüsvayçılıqdır”

19.11.2015 - 16:29

faiq ibadzadeNuriyyə xanım bu olanları görsəydi, dözə bilməzdi.

Bu sözləri mərhum xalq artisti Nuriyyə Əhmədovanın yeganə yadigarı – nəvəsi Faiq İbadzadə sənətkarın vəfatından sonra baş verən qalmaqallarla bağlı Axar.az-a danışarkən deyib. O, bu qalmaqallara görə hər iki tərəfi günahlandırıb:

“Kimin nə sözü varsa, gedib üz-üzə müzakirə etsin. Heç kəs televiziyalarda və ya başqa yerlərdə bu barədə danışmasın. İmkan versinlər, nənəm rahat yatsın. Mənə nə nənəmin qohumları, nə də Nahidə Orucova baxır. İndi doğma babamın yanındayam.

Yalnız nənəmin tələbəsi – aktyor Elşad Yusubov mənə kömək edir, dəstək olur. Nənəm məni ona əmanət etmişdi. İndi gələn il keçiriləcək ali məktəbə qəbul imtahanlarına hazırlaşıram. Həyatımın çətin dövrüdür, məni rahat buraxsınlar. Bu söz-söhbətlər, sadəcə, rüsvayçılıqdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=40153

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728