Taksim yenə ayağa qalxdı

08.02.2014 - 23:55

Bu gün Türkiyənin İstanbul şəhərinin Taksim meydanı yenidən qarşıdurmalara səhnə olub.
İstiqlal prospektində interneti məhdudlaşdıran yeni qanuna etiraz edən qruplar ilə polis qarşı-qarşıya gəlib. Polis zirehli maşınla etirazçıları dağıtmağa çalışıb. 
Sosial media vasitəsi ilə edilən çağırışlarla gələnlər saat İstanbul vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 21.00-da) Taksimdə toplaşmaq üçün hərəkətə başlamışdılar. Polis Qalatasaray meydanından Taksimi gedən qrupların önünü İstiqlal prospektində kəsib. Qrupdan fişəng atıldıqdan sonra zirehli maşınlar nümayişçilərin üzərinə hərəkət edib. 
Taksimdə polis geniş təhlükəsizlik tədbirləri görüb. Taksim meydanı çox sayda polis tərəfindən dövrəyə alınıb. Gəzi parkı bağlanıb. Hazırda etirazlar davam edir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4016

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930