Millidən qovulan güləşçi danışdı

09.02.2014 - 00:24

“Məni Suriyaya gedənlərlə, dövlət, dövlətçiliyə ləkə gətirənlərlə səhv salmasınlar”

Bir müddətdir ki, idman arenasında göstərdiyi yüksək nəticəyə görə deyil, saqqalına görə gündəmə gələn 2 qat Avropa çempionu Elçin Əliyev yenidən güləşə qayıdıb.
Azərbaycan Güləş Federasiyası FİLA-nın qaydalarını, gigiyenik normaları əsas gətirərək Elçinə saqqalını qırxıb yığmaya qayıtmağı məsləhət görmüşdü. Federasiyanın baş katibi Əjdər Cəfərov demişdi ki, güləşçi saqqalla nə məşqə gələ bilər, nə də ki, yarışlara qatıla bilər. 
Azərbaycan Güləş Federasiyasının baş katibi, Əjdər Cəfərov: “FİLA-nın güləş haqqında 43-cü maddəsində açıq şəkildə göstərilir ki, uzun saqqal olarsa bu digər iştirakçıya mane yarada bilər”. 
Görünür indi federasiya Yunan-Roma güləşi üzrə ən güclülərdən biri – Elçin Əliyevi itirmək istəmir. Elçin yarışa əvvəlki görünüşdə qayıdıb. Həm də FİLA-nın qaydalarında saqqalla bağlı bir qadağa olsaydı, Türkiyə və sair komandalarda uzunsaqqallı idmançılar tatami üzərinə çıxmazdılar. Hər halda gigiyena məsələsinin ortaya atılması da başa düşülən deyil. Gündə 5 dəfə dəstəmaz alan bir dindar idmançının gigiyena qaydalarına əməl etmədiyini söyləmək gülünc doğurur. Elçində gülüş doğuran isə onu kimlərəsə bənzətmələridi. Məsələn, o deyir ki, mən Allaha ibadət edirəm, məni Suriyaya gedənlərlə, dövlət, dövlətçiliyə ləkə gətirənlərlə səhv salmasınlar. Saqqal saxlamaq imanımdan irəli gəlir. Mən başımı aşağı salıb idmanımla məşğul olmalıyam. 
Güləş federasiyası da Elçinin el üçün gərəkli olduğunu düşünərək onun qayıtmasına qərar verib. Həyatının 16-17 ilini idmana həsr edən, 2003-cü ildən yığmada güləşən, adlı-sanlı güləşçilərlə adı bir sırada çəkilən Elçin Əliyevi itirmək ağır olardı. Çünki o, Braziliyada keçiriləcək olimpiadada qızıl ümidlərimizdən biridir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4018

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930