Çingiz Əsədullayev “AGBank”dakı payını artırıb

19.11.2015 - 17:04

cingiz“AGBank” ASC-nin səhmdarlarının sayında və pay bölgüsündə ciddi dəyişiklik baş verib.

Bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayev nizamnamə kapitalında payını 23,096%-dən 23,270%-dək artırıb.

Bundan başqa, minoritar səhmdarların sayı 65-dən 61-ə enib, onların bankın kapitalındakı ümumi payı isə 25,637%-dən 31,463%-dək artıb. Anlaşılan budur ki, 4 minoritar səhmdar payını satıb.

Bankdan xəbəri APA-ya təsdiqləyiblər. Bildirilib ki, minoritar səhmdarlar öz paylarını C.Əsədullayevə satıblar.

Digər majoritar səhmdarların kapitalda payı dəyişilməz olaraq qalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası kapitalda 17,5%, “Kazimir Partners” şirkəti 10%, Yusifov Fərzulla (Müşahidə Şurasının üzvü) 17,767%-lik paya malikdirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=40180

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728